Azərbaycanın hansı rayonlarında neçə ballıq zəlzələ ola bilər? - SEYSMOLOJİ XƏRİTƏ
Türkiyədə dəhşətli zəlzələlər baş verdikdən sonra, ölkəmizdə də belə zəlzələlərin baş verib-verməyəcəyi geniş müzakirə olunur. Bəziləri hesab edir ki, Azərbaycan, Türkiyədəki zəlzələ əraziləri ilə eyni qırılma xətti üzərində yerləşir. Hətta bunu bölgələrə ayıranlar da var.
Məsələnin elmi tərəfini öyrənmək üçün mütəxəssisə müraciət etdik.
Bu barədə BAKU.WS-ə açıqlama verən ekoloq, seysmoloq Ənvər Əliyev bildirdi ki, indi hamı Türkiyədə baş verən zəlzələnin qırılma nöqtəsindən danışır. Əsas məsələ isə bu deyil.
Söhbət Azərbaycanın, Türkiyənin, Suriyanın, Ermənistanın yerləşdiyi Alp-Himalay qurşağından gedir. Burada qırılma, vulkanizm və seysmoloji aktivlik var:
"Bir qədər sadə dillə desək, yerin lavasının üzərində böyük torpaq sahələri hərəkət edirlər. Onlar da bəzən bir-birlərini itələyirlər. Bəzən bir birlərinin üstünə çıxırlar. Bizim yerləşdiyimiz coğrafi ərazidə bu proseslər gedir. Milyon ildən sonra burada nəhəng dağ əmələ gələcək".
Azərbaycanın coğrafi baxımdan seysmik xəritəsinə gəldikdə isə, bu, zonalar üzrə 4 kateqoriyaya bölünür.
Birinci kateqoriya 7 ballıq, ikincinə 8, üçüncüyə 9, dördüncü isə 10 ballıq zəlzələlər üçün xarakterikdir.
Birinci kateqoriyaya, Ağdam, Füzuli, Beyləqan, Cəbrayıl, Zəngilan, Laçın, Xankəndi, Şuşa, Ağcabədi, Şəmkir, Gəncə, Sumqayıt, Neftçala və Xəzər Dənizinin bir hissəsi aid olunur. Həmin bölgələrimiz üçün 7 ballıq zəlzələlərin baş verməsi xarakterikdir.
İkinci kateqoriya 8 ballıq zəlzələlərin aid olunduğu bölgələr daxildir. Həmin ərazilər bunlardır: Astara, Biləsuvar, Saatlı, Şirvan, Zərdab, Ucar, Ağdaş, Göyçay, Bakı, Xırdalan, Mingəçevir, Tərtər aid olunur.
Üçüncü kateqoriya 9 ballıq zəlzələlərin aid edildiyi ərazilərdir və həmin bölgələr bunlardır. Naxçıvan Muxtar Respublilası, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Salyan, İmişli, Kürdəmir, Ağsu, Yevlax, Daşkəsən, Kəlbəcər, Zaqatala, Balakən, Qazax, Ağstafa, Xaçmaz, Quba, Siyəzən.
Dördüncü kateqoriyaya aid edilən ərazilərimiz isə 10 ballıq zəlzələlərlə xarakterizə olunur və aşağıdakılardır:
Şamaxı, Şəki, Qobustan, Qubanın bir hissəsi.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8735 Tarix: 17 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrMənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq
Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrTarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr