"Toylara gedirəm,amma biznesə çevirmirəm" - Elnarə Xəlilova ilə MÜSAHİBƏ
Ötən həftə müğənni Elnarə Xəlilovanın rəhbərlik etdiyi "El Yaradıcılıq Mərkəzi"nin ifaçılarından birinin mahnısı işıq üzü gördü. Klipin təqdimatında Elnarə xanımla yanaşı bir çox məşhurlar da iştirak edib. Fürsətdən istifadə edərək Elnarə xanımla qısaca söhbətləşdik. Sözügedən müsahibəni təqdim edirik:
- Elnarə xanım, uzun müddətdir efirlərdə yox idiz, belə bir proyektlə gündəmə səs saldız. Başqa hansı yeni layihələriniz olacaq?
- Layihələrimiz çoxdur, bəli. Proyektlərimi mütəmadi olaraq "Youtube" kanalımda çıxarıram. Axırıncı layihəmiz tələbələrimlə birlikdə hazırladığım Yeni İl proyekti olub. Gələn həftələrdə yeni klipimin işıq üzü görəcək.Yeni klipimiz İsveçdə çəkildi. Bunu da sizin sayt vasitəsi ilə sevənlərimə çatdırmaq istəyirəm.
- Bugün təqdimatda yanınızda kifayət qədər sənət dostların var. Bəs hansı sənət dostlarınızı dəvət eləmişdiz gəlməyiblər?
- Bugün kimi dəvət eləmişdimsə, hamısı gəldi. Xuramana da dəvət eləmək üçün səs atdım . O da rayona gedirdi deye heç nə demədim. Mərkəzimizin yaxın dostları hazırda yanımdadır.
- İllər öncəki Elnarə xanımla indiki Elnarə xanım arasında hansı fərqlər var?
- Düşünürəm ki, çox dəyişmişəm. Yer və göy qədər fərq var. Köhnə Elnarə daha şıltaq, şən idi, amma yaş artıq öz sözün deyir. Mən həmçinin nümunəvi valideyn, pedaqoqam. İstər təlim-tərbiyə, istər geyim, əxlaq hər şeydə mən onlara nümunə olmalıyam. O vaxt özümü bəyəndirməklə məşğul idim, sonra bəyəndilər axır kı (gülür)... Bəyənən bəyəndi məni evləndim, bu andan sonra məqsədim bu mədəniyyətə xidmət etməkdir. Bu mədəniyyət yaşamalıdır, öyrədilməlidir və düzgün istiqamət ötürülməlidir.
- Elnarə xanım siz duetlərlə də yadda qalmısız. Bəs kiminlə yenidən duet oxumaq istəyərdiz?
- Hazırda duet oxumaq istəyəcəyim ağlımda heç kim yoxdur. Son duetim Samirə ilə oldu, çox uğurlu olduğun düşünürəm. Mənə görə əsas duet oxumaq istədiyim şəxs yox, mətn önəmlidir. İlkin olaraq mahnının sözlərinə fikir verirəm.
- Konflikdən uzaq birisisiz, bəs olub ki kimlərisə yola vermisiz dalaşmaq istəməmisiz?
- Əlbəttə olub. Elə halda səbrli insan kimi bir, iki dəfə keçirəm. Sonra özünə zəng edib yerini göstərirəm. Bildirirəm ki, sən mənim həmkarımsan, həmkar həmkarına qarşı belə hörmətsizlik, bu hərəkəti eləməz. Susdurmağı bacarıram. İmkan vermirəm məsələ böyüyüb, yayılsın.
- Küsülü olduğunuz kimsə var?
- Xeyr, Allah bağışlayandısa biz kimik ki bağışlamayaq. Mənim tək nifrət elədiyim qonşularımdı. Məcbur onlara dözməliyəm.
- Toylara gedirsiz?
- Bəli, gedirəm. Amma bunu biznesə çevirmirəm.
- Konsert verməyi düşünürsüz?
- Təbii ki. Pandemiya düşməsəydi konsert olacaqdı. Amma bu il səhnədə 25 illiyimdir. 25 ədəd mahnı proqramı ilə 28 May konsert verməyi düşünürəm.
- Müğənni olmasaydız, hansı ixtisasda özünüzü görürsüz?
- Mən pedaqoqam,istənilən fənni, biliyi tədris edə bilərəm. Bildiyini öyrətmək xüsusi bacarıq tələb edir.
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva