"Binanın konstruksiyasına müdaxilə cinayətdir": Müdaxilənin ağır nəticələri

"Binanın konstruksiyasına müdaxilə cinayətdir": Müdaxilənin ağır nəticələriİnşaat konstruktoru: "Əgər hansısa zərurətdən belə bir müdaxiləyə ehtiyac duyulursa, yalnız gücləndirmə işləri aparılırsa, bu da xüsusi layihələr və aidiyyəti qurumların razılığı, icazəsi əsasında həyata keçirilməlidir"

Türkiyədə baş verən zəlzələ, təbii fəlakətin yol açdığı kütləvi dağıntılar, yaşatdığı insan itkisi dünyanın diqqətini qardaş ölkəyə yönəldib. İlkin müşahidələrə görə, insan tələfatının miqyasının geniş olmasının əsas səbəblərindən biri də çoxmərtəbəli binaların standartlara uyğun şəkildə inşa edilməməsidir. Çoxmərtəbəli binaların bir-birinə çox yaxın məsafədə inşa edilməsi, zəlzələ zamanı birinin digərinin üzərinə aşması, nəticə etibarilə ətrafdakı binaları uçurtması da faktdır. Digər bir məqam zirzəmi qatı və birinci mərtəbəsi iaşə obyekti olan binaların daha çox uçması və aşmasıdır. İddialara görə, aşağı mərtəbələri iaşə obyekti kimi istifadə edən şəxslər binanın əsas divarlarına, sütunlara, rigerlərə özbaşına müdaxilələr edib, arakəsmə və əsas divarları söküb. Azərbaycanda, o cümlədən paytaxt Bakıda da binaların birinci mərtəbəsindən, zirzəmilərindən iaşə obyektləri kimi istifadə olunur. Ayrı-ayrı vətəndaşların iddialarına görə, bu binalarda sahibkarlar əsas yük götürən panel divarlara belə müdaxilələr edib, istəklərinə uyğun şəkildə söküntü həyata keçirib, genişləndirmə işləri görüblər.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Birinci mərtəbələr ticarət və iaşə obyekti kimi fəaliyyət göstərir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat konstruksiyası kafedrasının professoru, Əməkdar mühəndis Lətif Zeynalov bildirib ki, binaların konstruksiyasına, yük daşıyan elementlərinə müdaxilə etmək yolverilməzdir: "Belə müdaxiləni kimsə edibsə, buna görə məsuliyyət daşıyır. Amma belə müdaxilənin kütləvi şəkildə olması da inandırıcı deyil. Bakıda SSRİ dövründə inşa edilən "Xruşşovka"ların yola yaxın olanlarının hamısında birinci mərtəbələr ticarət və iaşə obyekti kimi fəaliyyət göstərir. Binaların birinci mərtəbəsinin sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsini qanun qadağan etmir. Ancaq binanın yükdaşıyan elementinə özbaşına müdaxilə olunması qadağandır. Əgər hansısa zərurətdən belə bir müdaxiləyə ehtiyac duyulursa, bu da xüsusi layihələr və aidiyyəti qurumların icazəsi əsasında həyata keçirilməlidir".

Qədim binaların zirzəmilərində edilən təhlükəli dəyişikliklər

Professor deyib ki, ötən əsrlərdə Bakının mərkəzi ünvanlarında inşa edilən, paytaxtın memarlıq nümunəsi sayılan qədim binaların zirzəmi qatında vaxtilə müəyyən dəyişikliklər edilib: "Hazırda həmin binaların zirzəmi qatı müxtəlif məqsədlər üçün istifadə olunur. Əslində bu, çox təhlükəlidir. Buna misal olaraq qeyd edim ki, 2000-ci il noyabrın 25-də Bakıda baş vermiş 6,8 bal gücündə zəlzələnin təsiri nəticəsində sovetlər dövründə Xalça Muzeyi kimi fəaliyyət göstərən binanın qarşısındakı yaşayış evi uçdu. Bu zəlzələdən təxminən bir il qabaq həmin yaşayış binasının sakinlərinin şikayətini araşdırmaq üçün mütəxəssis qismində o binaya baxış keçirib müvafiq qeydlər aparmışdım. Araşdırmaların nəticəsi olaraq hesabat hazırlayıb aidiyyəti üzrə təhvil verdim. Hesabatda qeyd etmişdim ki, Bakıda yüngül bir zəlzələ olsa, bu bina uçacaq. Təəssüf ki, bundan nəticə çıxarılmadı və cəmi 1 il sonra təbii fəlakət nəticəsində yazdıqlarım təsdiqini tapdı".

"Tikinti qəbul edilib istismara verilirsə, deməli..."

L.Zeynalov qeyd edib ki, çoxmərtəbəli binalarda hansısa daş hörgünü, arakəsməni sökməzdən öncə də mütləq cavabdeh qurumlardan razılıq alınmalıdır: "Adətən buna da icazə verilmir. Amma təəssüf ki, insanlar müxtəlif vasitələrlə bunu edirlər. İcra hakimiyyətləri, onların yerlərdəki nümayəndələri, MİS-lər buna görə məsuliyyət daşıyırlar. Hər hansı çoxmərtəbəli binanın tikintisi üçün ilk növbədə müvafiq ərazi olmalı, tikintinin layihəsi hazırlanmalıdır. Layihənin hazırlanmasının birinci mərhələsini mühəndis axtarışları təşkil edir. Mühəndis tikinti aparılacaq ərazinin iqlim şəraitindən başlamış qruntuna, geoloji və seysmik vəziyyətinə qədər müfəssəl məlumat hazırlayır. Bu məlumatlar əsasında layihə hazırlanır. Ardınca layihə ekspertiza baş idarəsinə göndərilir. Burada ekspertizadan keçirilib rəy aldıqdan sonra bütün standartlar gözlənilməklə inşa prosesinə başlamaq olar. Tikintinin gedişində isə tikintiyə cavabdehlik daşıyan müvafiq dövlət qurumu işin layihəyə uyğun şəkildə görülməsinə nəzarət edir. Tikinti layihəyə uyğun həyata keçirilməsə, dayandırılmalıdır. Tikinti başa çatdıqdan sonra isə çoxsaylı dövlət qurumlarından ibarət müvafiq komissiya onu qəbul edir. Tikinti qəbul edilib istismara verilirsə, deməli, proses norma və prinsiplərə uyğun şəkildə başa çatdırılıb".

Professor söyləyib ki, binalar yanaşı olduqda deformasiya tikilişi sayılan bir neçə santimetrlik ölçülərlə tikili ayrıla bilər: "Yəni onlar arasında bir neçə santimetrlik məsafə saxlanıla bilər. Bu ölçü binanın təbii fəlakət nəticəsində yerdəyişməsinin mümkün hesablamalarına uyğun olaraq saxlanılır. Elə edilməlidir ki, zəlzələ zamanı binalar silkələnəndə, hərəkət edəndə bir-birinə toxunmasın. Amma bu o demək deyil ki, binanı digər binanın tam qarşısında inşa edib sakinlərə diskomfort yaradasan, gün işığının qarşısını kəsəsən, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyəsən, insanların, avtomobillərin sərbəst hərəkətini məhdudlaşdırasan və sair".

Azərbaycan 8-9 ballıq tikinti zonasıdır

L.Zeynalov vurğulayıb ki, Azərbaycanın bütün əraziləri 8-9 ballıq tikinti zonasıdır: "Bakı 8 ballıq zonadır və bütün tikililər bu göstəriciyə uyğun olaraq layihələndirilir. Lakin 8 bal bugünkü işlər üçün yetərli deyil. Müəyyən müddətdən bir geoloji axtarışlar aparılır, yer quruluşu öyrənilir, buna uyğun olaraq yeni standartlar müəyyən edilir. 8 ballıq şkalanın qumun və ya daşın üzərində olması da fərqliliklər yaradır. Bunun seysmoloji olaraq nəzərə alınması qaydaları var. Seysmikanın səviyyəsi deyilən məfhum var. Bu, balın, yəni zəlzələnin fərqli ölçü vahididir. Azərbaycanda tikililər 2010-cu ilə qədər 8 ballıq norma və standartlara uyğun şəkildə həyata keçirilib. 2010-cu ildən sonra bu standartlar yenilənib, dəyişib. Buna səbəb hər dəfə baş verən zəlzələdən sonra elmi araşdırmaların aparılması və bu araşdırmalara uyğun olaraq yeni qaydaların müəyyən edilməsidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1428   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr
.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr