"Twitter"ə qarşı doqquz məhkəmə iddiası qaldırılıb
Milyarder İlon Maskın "Twitter"i son aylarda 14 milyon dollarlıq 9 yeni məhkəmə iddiası ilə üzləşib.
İddiaçılar arasında ofis sahibləri, şirkətin məsləhətçiləri və təchizatçıları var.
Ən diqqətəlayiq məhkəmə iddialarından biri təxminən 400 min dollar tələb edən "Canary" marketinq agentliyi tərəfindən açılıb. Sənədlərdə göstərilir ki, sosial şəbəkənin rəhbərliyi Mask üçün hədiyyə dəstinin pulunu ödəməyib. Məlumata görə, dəstə loqolu Yapon viskisi, gödəkçə və 250 dollardan baha olan corab daxil idi.
Açılan 9 iddiadan 3-ü ofis icarəsi ilə bağlıdır İddialarda deyilir ki, şirkət dekabr və yanvar aylarında binalar üçün ödəniş etməyib və bu səbəbdən, məsələn, Sinqapur ofisinin əməkdaşları 2023-cü ilin əvvəlindən iş yerlərinə gedə bilmirlər.
Xatırladaq ki, İlon Mask "Twitter"i 44 milyard dollara aldıqdan sonra böhran vəziyyətində olan şirkət üçün xərcləri kəskin şəkildə azaltmağa başlayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 888 Tarix: 21 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qatılıb. "Report" xəbər verir ki, M. Babayev b
26 aprelAzərbaycan toylarında BU QAYDA DƏYİŞİB
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:. "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarını
26 aprelMənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofi
25 aprelƏtin qiyməti ilə bağlı ŞAD XƏBƏR
2026-cı ildə Azərbaycana xarici ölkələrdən 28 milyon 630,18 min dollar dəyərində 12 min 299,76 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub. Belə ki, 2025-ci ilin eyni dövründə ölkəyə 24 milyon 824,85 min dollar dəyərində 11 min 889,75 ton ət idxal edilmişdi. Bu is
25 aprelDİQQƏT! Aprelin 27-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Sabaha gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, aprelin 27-də günün ikinci yarısından 28-i axşamadək güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir
26 aprel