"Erməni terrorçuları təxribatlarına davam edərsə "Dəmir yumruğu" yenidən başlarında hiss edəcəklər" - DEPUTAT
Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Ermənistan törətdiyi təxribatlarlarla həddini çoxdan aşıb:
"Heç kəsə sirr deyil ki, Ermənistan hər zaman danışıqlar prosesini uzatmaq üçün bu cür təxribatlara əl atır. Biz bu ssenarini 30 il ərzində çox görmüşük. Hazırda da eyni proses davam edir. Ermənistan heç vaxt qəbul edilən qərarlara və atəşkəsə əməl etməyib.
İkinci əsas məsələ isə Rusiya sülhməramlıların olduğu ərazilərdə hələ də qanunsuz erməni silahlı dəstələrinin qalmasıdır. Bu 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyannaməyə tamamilə ziddir. Hazırda Rusiya sülhməramlıların olduğu ərazilərdə erməni terrorçuları rahat şəkildə hərəkət edir. Keçən bu illər ərzində Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarındakı qanunsuz erməni silahlı birləşmələrini çıxarmaması haqlı olaraq bizdə onların da terrorçularla əlbir olması şübhəsini yaradır".
Deputat vurğulayıb ki, Ermənistan yaxşı olardı ki, bizim səbrimizi daşırmaq əvəzinə cənab prezident İlham Əliyevin məsləhətlərinə qulaq asın:
"Bu təxribatlar Ermənistanı uçuruma aparır. Bəzi qüvvələr çalışırlar ki, regionda vəziyyəti yenidən gərginləşdirsinlər. Onlar Paşinyana müxtəlif vədlər verərək sülh müqaviləsini imzalamasına maneə olmağa çalışırlar. Ermənistan və havadarları unutmasınlar ki, "dəmir yumruq" yerindədir. Paşinyan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamağa məcburdur. Erməni terrorçuları təxribatlarına davam edərsə "dəmir yumruğu" yenidən başlarında hiss edəcəklər".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva