Akademiyada təftiş başlayıb: Sabiq rektor ölkəni tərk edib? (İDDİA)
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədən qaçmasıyla bağlı xəbər bir neçə gün mətbuatın gündəmini zəbt etdi. Universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevanın istintaqa cəlb olunmasından sonbra qəfildən "qeybə çəkilən" keçmiş rektor personası ətrafında müxtəlif söz-söhbətlərin meydana çıxmasına rəvac verdi.
Düzdür, adı ətrafında yaranmış ajiotajın səngimədiyini görən Nurlana Əliyeva sonradan bu xəbəri təkzib etdi. O, məhkəmədə iştirak etməməsini rəsmi bildiriş almamasıyla əlaqələndirərək, özünün "aydan arı, sudan duru" olduğunu sübut etməyə çalışdı. Amma istintaq materiallarında Nurlana Əliyeva ölkədən kənarda olduğu üçün onun ifadəsinin alınmamasıyla bağlı xüsusi qeyd var.
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Nurlana Əliyeva həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkəni tərk edən yeganə rektor deyil. Azərbaycan Dövlət Bədən Tərviyəsi və İdman Akademiyasının (ADBTİA) keçmiş rektoru Ağacan Əbiyevin də eyni aqibətlə üzləşdiyi bildirilir.
Məlumatlı şəxs deyib ki, 2015-ci ildə vəzifəsini itirən Ağacan Əbiyev 5 il hər hansı təhlükə ilə üzləşməyib. O, Milli Məclisin deputatı olduğu üçün toxunulmazlıq hüququndan maksimum istifadə edib. Amma 2020-ci ildə keçirilən parlament seçkilərində təkrar deputat seçilmədiyi üçün bəzi problemlərlə üz-üzə qalıb.
Mənbə deyib ki, sələfi Fuad Hacıyev 2020-ci ildən sonra Ağacan Əbiyevin Azərbaycan Dövlət İdman Akademiyasına rəhbərlik etdiyi 28 illik dövrü təftiş etməyə başlayıb. O, sabiq rektorun dövründə baş vermiş kifayət qədər ciddi qanun pozuntularının üstünü açıb. Sonra isə topladığı materialları tədbir görülməsi üçün prokurorluq orqanlarına təqdim edib. Bundan sonra keçmiş rektorun "qara günləri" başlayıb. Əbiyev həbs təhlükəsi ilə üzləşdiyini görəndən sonra təcili ölkəni tərk etməli olub.
Aldığımız məlumata görə, Ağacan Əbiyev təxminən 1 il sürgün həyatı yaşayıb. Amma sonradan köhnə əlaqələri hesabına üzləşdiyi təhlükəni dəf edərək, ölkəyə qayıda bilib. Bu hadisədən sonra 86 yaşlı sabiq deputat və keçmiş rektorun ictimai-siyasi proseslərdən tamamilə təcrid olunduğu bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3100 Tarix: 23 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabrPENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya
8 noyabr