Martın 5-də imtahan verəcək şagirdlərin nəzərinə!

Martın 5-də imtahan verəcək şagirdlərin nəzərinə!Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.

DİM-dən Sonxeber.az-a verilən məlumata görə, şagirdlər özlərinin, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Bildirilib ki, martın 5-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I hissə), Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Lənkəran, Masallı, Astara, Bərdə, Tərtər, Yevlax, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Xızı rayonlarında, həmçinin peşə liseylərində (qeyd olunan rayonlarda) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Martın 5-də Çilov adasında yerləşən məktəbin, həmçinin tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər. Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeyd edilib ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər; məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər; peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1433   Tarix: 23 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evinin həyətində cərəyan vurub öldürdü

Ağstafada ölümlə nəticələnən hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, aprelin 26-sı rayonun Aşağı Kəsəmən kəndində yaşayan 2010-cu il təvəllüdlü Hüseynov Nəsir Ayaz oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vurarkən cərəyan vurması nəticəsində ölüb. Faktl

27 aprel
.

Qeydiyyatdan çıxan şəxslərlə bağlı mühüm qərar qəbul EDİLDİ

Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən ediləcək. Məsələ ilə əlaqədar bir sıra hüquqi aktlarda özünü göstərən uyğunsuzluğa dair yeni qərar qəbul edilib. Cinayət-Prosessual Məcəlləyə əsasən

26 aprel
.

Azərbaycan toylarında BU QAYDA DƏYİŞİB

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:. "Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarını

26 aprel
.

"Volodimir Zelenskinin səfəri Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır" - DEPUTAT

"Prezident İlham Əliyevin Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat ölkəmizin gücünün növbəti sübutudur". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, bu ölkə başçılarının son dörd il ərzində yeddinci görüşüdür:

27 aprel
.

Keçid balları ENƏCƏK - Abituriyentlərə ŞAD XƏBƏR

"Bu il ali təhsil müəssisələrinə qəbulda keçid ballarının enməsi gözlənilir". xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib. Belə ki, yaxın günlərdə elan olunan I zona üzrə 11-ci sinif buraxılış imtahanının nəticələrindən danışan ekspert imtahanı

26 aprel
.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır"

"Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır". AZƏRTAC-a istinadə

26 aprel
.

Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə həllini dəstəkləyir

Azərbaycan uzun illər müharibə şəraitində yaşamış bir ölkə kimi bu cür münaqişələrin yaratdığı ağır fəsadları çox yaxşı anlayır və müharibədən zərər çəkmiş xalqlara hansı istiqamətlərdə dəstəyin vacib olduğunu real təcrübə əsasında bilir. İlk növbədə humanitar məsələlərdə dəstəyin ön plana çıxarılmas

26 aprel
.

Azərbaycan xalça və xalça məmulatları istehsalını 22 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 15,1 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 dəfə çoxdur. Bu il aprelin 1-nə ölkədə 5 min kvadratmetr hazır məhsul ehtiyat

26 aprel
.

Süd BAHALAŞACAQ

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətl

26 aprel