Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilib

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilibXocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 23-də Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hərbi Prokurorluğun inzibati binasındakı Soyqırımı Memorial Muzeyində keçirilən tədbirdə Hərbi Prokurorluğun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Milli Məclisin deputatları, "Azərbaycan Vətən Müharibəsi Veteranları" və "Xocalı Soyqırımını Tanıtma" İctimai birliklərinin sədrləri və üzvləri, Xocalı sakinləri, habelə ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ zamanı həyatını itirmiş şəxslərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra konfrans iştirakçıları Soyqırımı Memorial Muzeyini ziyarət ediblər. Onlara muzey və orada saxlanılan, tarixi həqiqətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Həmçinin Xocalı soyqırımı qurbanları barəsində məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev konfransda çıxış edərək həmin müdhiş gecədə baş verənlərdən, hadisələrin necə cərəyan etməsindən ətraflı danışıb, bütün bunların Hərbi Prokurorluqda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verildiyini vurğulayan Xanlar Vəliyev tarixi torpaqlarımızın işğal olunması, Azərbaycan xalqına qarşı törədilən deportasiyalar, soyqırımları, terror aktları və insanlığa sığmayan vəhşiliklərlə törədilmiş digər cinayətlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, bu barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılması, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni, həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi düşünülmüş siyasətin, o cümlədən uğurlu xarici siyasətin, eləcə də dövlətimizin başçısının müstəsna xidmətlərinin, ən yüksək kürsülərdən çıxışlarının, nüfuzlu xarici KİV-lərə müsahibələrinin nəticəsidir.

Ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edən Xanlar Vəliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən nəhəng işlərdən, o cümlədən Heydər Əliyev Fondunun səmərəli fəaliyyətindən danışıb.

Sonra hərbi prokuror Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyasından, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin bütün dünyaya yayılması istiqamətində yorulmaz fəaliyyətindən söz açıb.

Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanının işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin, o cümlədən Xocalı soyqırımının və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb. 2005-ci il mayın 5-dən isə həmin cinayət işinin istintaqı ibtidai araşdırmaya prosessual rəhbərlik respublika hərbi prokuroruna həvalə edilməklə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılıb.

Məlumat verilib ki, cinayət işi üzrə ümumilikdə 81 minə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 28 min 500-dək şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq, 30 mindən artıq şəxs isə şahid qismində dindirilib. Həmçinin 18 mindən çox şəxs mülki iddiaçı qismində tanınıb, 2800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, 31 mindən çox prosessual qərar qəbul edilib, digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Xocalı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 40 nəfər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113-cü (İşgəncə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Təqsirləndirilən şəxs qismində cəlb olunan şəxslərin sırasında sabiq müdafiə naziri Ohanyan Seyran Muşeqoviç də var. Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xocalı Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Milli Məclisin deputatı Elman Məmmədov həmin dövrdə baş verənlər barədə xronoloji ardıcıllıqla söz açıb, o cümlədən Xocalı qətliamından, eləcə də o zaman hakimiyyətdə olan şəxslərin yarıtmaz fəaliyyətindən və məsələyə etinadsız münasibətindən bəhs edib.

Deputatlar İlham Məmmədov, Elman Nəsirov, Jalə Əhmədova və digərləri də bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı barədə çıxış ediblər.

Sonra Hərbi Prokurorluğun təşəbbüsü ilə hazırlanmış "Əsrin faciəsi" videoçarxı nümayiş etdirilib.
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilibXocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilibXocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilibXocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilibXocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilibXocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilibXocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilibXocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilibXocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilibXocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 764   Tarix: 23 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir

Məhsul şəhadətnaməsi ilə bağlı tələblər müəyyənləşir. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd olunur ki, mülkiyyətində, istifadəsind

20 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

19 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr