"Azərbaycan artıq müxtəlif hüquq müstəvilərində prosesə start verib" - DEPUTAT

"Azərbaycan artıq müxtəlif hüquq müstəvilərində prosesə start verib" - DEPUTAT"Ötən ilin noyabrın 25-də ADA Universitetində keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev 30 illik işğal, habelə Ermənistanın törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərlə bağlı məhkəmə perspektivindən danışmış və bəyan etmişdi ki, artıq əgər beynəlxalq hüquqi təsisatların qərarları siyasiləşdirilməsə, həmin qurumlar müəyyən erməni və avropalı havadarların hər hansı təzyiqinə məruz qalmayıb işlərə obyektiv qaydada baxarsa, onda əlbəttə ki, işi udacağımıza böyük şans var.Bildiyiniz kimi, Azərbaycan artıq müxtəlif hüquq müstəvilərində prosesə start verib və "İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında" beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsi də bu hüquqi platformalardan biridir. Məhkəmənin ötən gün qeydə alınan qərarı isə göstərir ki, proseslərin ümumi gedişi bizi qane edir. Bildiyiniz kimi, qərarda Məhkəmə Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığını bir daha təsdiq edib. Nəzərinizə çatdırım ki, Məhkəmə 7 dekabr 2021-ci il tarixli qərarında da eyni öhdəliyi müəyyən etmişdi və sənəddə ikinci dəfə bu öhdəliyin təsbit olunması əslində gərginliyin məhz Ermənistandan qaynaqlanması barədə predusial mövqe formalaşdırır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, həmçinin Məhkəmə Ermənistanın iki iddiası - Azərbaycan tərəfindən etirazların "təşkili və dəstəklənməsinin dayandırılması" və Qarabağa "təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi" barədə müvəqqəti tədbirlərin tətbiqini tələb edən vəsatətlərini rədd etməsi İrəvanı hüquq müstəvisində çətin duruma salır.

"Məhkəmənin bu mövqeyi eyni zamanda siyasi nəticə doğurur və Qarabağ bölgəsində yaşayan ermənilərin blokada və humanitar fəlakətlə üz-üzə qalması barədə bəyanatların əslində həqiqət olmadığını hüquqi cəhətdən əsaslandırır. Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada da ifadə olunduğu kimi, Azərbaycan tərəfi Məhkəmənin qeyd etdiyimiz hər iki məsələ üzrə mövqeyini alqışlayır. Eləcə də Məhkəmənin öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 noyabr Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə səylərini nəzərə alması özlüyündə pozitiv məqamlardır və işə mahiyyəti üzrə baxarkən nəzərə alınacaq vacib məsələlərdir.Bundan başqa, Məhkəmə Ermənistanın ərazilərimizi minalaması məsələsinin "müvəqqəti tədbirlər" adlı prosessual tədbirin tətbiq dairəsinə aid olmadığı qənaətinə gəlib. Yəni bu mövqe Ermənistan tərəfindən minaların yerləşdirilməsinə verilən hüquqi qiymət yox, bu prosesin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olub-olmamasına dair hakimlərin qənaətidir. Məhkəmə əvvəlki iclasda bu məsələnin müvəqqəti tədbirlərin tətbiq dairəsinə aid olmadığı qənaətinə gəlmişdi və dünənki qərarda da əvvəl gəldiyi nəticəyə yenidən baxılmağa lüzum görməyib. Maraqlıdır ki, erməni mediası və Soros qaynaqlı bəzi yerli media təsisatların Məhkəmənin bu texniki prosefura dair qənaətini xüsusi qabardaraq az qala Ermənistanın qələbəsi kimi təqdim etmək kimi məqsədli və savadsız cəhdlərini görürük. Amma bir daha qeyd edim ki, bu mahiyyət üzrə qərar yox, sadəcə texniki prosesdurdur və bizim gələcəkdə həm cari məhkəmə, həm də digər müstəvilərdə minalanma cinayətlərinə görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərimizə mane olmayacaq. Azərbaycan beynəlxalq hüquq çərçivəsində Ermənistanın dövlət səviyyəsində törədilən cinayətlərə görə məsuliyyətə cəlb edilməsi istiqamətində bütün lazımlı addımları atmaqda davam edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 839   Tarix: 24 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr