Deputat: "Avropa Məhkəməsinin qərarlarının tam ədalətə söykənməsinə etibar etmirəm"
"Avropa Məhkəməsinin qərarlarının tam ədalətə söykənməsinə etibar etmirəm".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan bütün beynəlxalq müqavilələrə qoşulur:
"Azərbaycan demokratik və açıq dövlətdir. Ölkəmiz bu cür beynəlxalq müqavilələrə qoşulmaqla özünün insan hüquqlarına olan münasibətini ortaya qoyur. Beynəlxalq təşkilatlar çox vaxt ədalətli qərarlar qəbul etmir. Qəbul etdikləri qərarlar tərəfli və yaxud maraq çərçivəsində olur".
Deputat bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər Avropa Məhkəmələrinə olunan müraciətdə bir dənə də olsun dövlətin xeyrinə qərar qəbul olunmayıb:
"Seçki prosesi dövründə bunu görmüşük. Hər hansı bir dairədə 15 səs almayan insan müraciət edir və Avropa Məhkəməsi bunun haqqında qərar verir. Bu və ya digər şəkildə cinayət törədir, hansısa partiyanın sədridir, müavinidir, üzvüdür, Avropa Məhkməsi bunun haqqında qərar verir. Məsələlərə bu cür yanaşılması insan hüquqlarına yaraşmayan hərəkətlərdir. Bir müxalifət partiyasının nümayəndəsi ərizə yazan kimi ona reaksiya verirlər. Qərarlara ciddi şəkildə yanaşmalıyıq. Ölkəmiz qərarları yerinə yetirir. Birinə 15, digərinə 20 min avro dövlətin vəsaitindən pul da ödəyirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 765 Tarix: 24 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrUşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
8 noyabrTürkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabr