"Hər birimiz çalışmalıyıq ki, bizdən sonrakı nəsillər Xocalı, Gəncə faciələri yaşamasın" - DEPUTAT

"Hər birimiz çalışmalıyıq ki, bizdən sonrakı nəsillər Xocalı, Gəncə faciələri yaşamasın" - DEPUTAT"Təəssüf ki XXI əsrdə olmağımıza baxmayaraq bu gün də müharibə cinayətləri davam edir. Bunun ən başlıca səbəbi zamanında cinayətlkarların beynəlxalq səviyyədə cəzalandırılmamasıdır".

Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, nə qədər ki, müharibə cinayətləri və terrorlar cəzalandırılmayacaq, mümkün olmayacaq ki, bəşər övladı rahat sülh şəraitində yaşasın:

"Bunun üçün bütün dünya birlikləri mübarizə aparmalıdır. Fərq etməz ki, bu cinayətlər Qafqazda və ya Avropada törədilir. Hər bir atılan güllə insanlığa qarşı cinayətdir. XX əsrdə Xocalı və bu qəbildən olan terror aktları törədildi. Ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş faciələr yaşadıb. Lakin bunlardan bu günə kimi heç biri beynəlxalq səviyyədə cəzasını almayıb. Buna görə də bu gün azərbaycanlılar Qarabağda minaların qurbanı olurlar. Əgər zamanında Ermənistan hakimiyyəti öz qanlı cinayətlərinə görə cavab versəydi iki il əvvəl Gəncədə insanlar gecə yuxuda ikən raket hücumuna məruz qalmazdı. Xocalı əliyalın insanların qətliamı deməkdir".

Deputat vurğulayıb ki, Gəncə terroru isə XXI əsrin Xocalısıdır:

"Xocalı insan beyninin xatırlamaq istəməyəcəyi qədər tükürpəticidir.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, , boynu vurularaq və burda qeyd etmək istəmədiyim qəddarlıqla, hətta işgəncə ilə öldürülənlər arasında hamilə qadınları da olub.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Qarabağı özünə birləşdirmək istəyirdi, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirdilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Əgər XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilsəydi və hüquqi qiymətini alsaydı XXI əsrdə Gəncə, Bərdə kimi terrorlar yaşanmayacaqdı. Mən deyərdim ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Hətta Ağdamı ziyarət edən xarici diplomatlar 30 il erməni əsarətində olmuş bu şəhəri Xirosima adlandırdılar".

Deputat söyləyib ki, Azərbaycan uzun illərdir dünyanın müxtəlif ölkələrində Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunması üçün tədbirlər təşkil edir, xüsusi nəşrlər çap etdirir:

"Lakin nə cinayətkarlar nə də ki,beynəlxalq ictimaiyyət bu faciəni görmək istəmir. Bu gün Ermənistan hökuməti demokratiyadan danışırsa, iddia edirki Ermənistan demokratik ölkədir, o zaman Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi ilə bəhs etdikləri demokratiyanı insan haqqlarına olan hörməti nümayiş etdirə bilərlər. Bu sadəcə Azərbaycan xalqından deyil, tapdalanmış beynəlxalq hüquqi normalardan, hətta bütün bəşəriyyətdən istənilməsi lazım olan üzrdür.

Bütün dünya dövlətləri sülh üçün mübarizə aparıb, firavan həyata nail ola bilər. Biz çalışmalıyıq ki, bizdən sonrakı nəsillər Xocalı, Gəncə və digər faciələri yaşamasın".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 954   Tarix: 24 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr