"Xocalı faciəsində 613 insanın vəhşiliklə qətlə yetirilməsi bəşəri faciədir"-DEPUTAT

"Xocalı faciəsində 613 insanın vəhşiliklə qətlə yetirilməsi bəşəri faciədir"-DEPUTAT"Xocalı faciəsi bir xalq yaxud millətin məsələsi deyil, 613 insanın vəhşiliklə qətlə yetirilməsi bəşəri faciədir. Soyqırım əlamətləri ilə yanaşı, sülh və insanlıq əleyhinə cinayətlərin məcmusunun törədildiyi bu faciə XX əsrin sonunda, insan haqlarının beynəlxalq hüququn prioritetinə çevrildiyi bir dövrdə, hər kəsin gözü önündə baş versə də, müasir audiovizual vasitələrlə sənədləşsə və digər təkziblər sübutlarla təsdiqlənsə də, hələ də əsl beynəlxalq hüquqi qiymətini almadığı üçün bəşəriyyət adına utanc olaraq qalmaqdadır.Təəssüf doğuran haldır ki, hansısa konkret şəxsin törətdiyi və cinayət tərkibinin mövcudluğu şübhə doğurmayan əməli siyasi məhbus şousuna çevirən "həssas" beynəlxalq hüquq-müdafiə təşkilatları beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş Sovet Ordusunun 366-cı alayının iştirakı ilə Xocalıda dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulmasına, 106 qadın, 63 uşaq, 70 qocaya məhz azərbaycanlı və türk olduğuna görə xüsusi qəddarlıqla qətlə yetirilməsinə 31 ildir reaksiya vermir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, əlbəttə, Azərbaycan bu cür beynəlxalq ədalətsiz yanaşmaya dözümlə yanaşa bilməz.

"Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün dövlət səviyyəsində işlər başlandı. Cənab İlham Əliyevin çox ciddi səyləri, Mehriban Əliyevanın Heydər Əliyev fondu, habelə UNESCO və İCESCO xətti ilə çoxşaxəli təbliğat işi, xüsusən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın 15 ildir ki, başlanan "Xocalıya ədalət" beynəlxalq kompaniyası nəticəsində hazırda, Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilməsi istiqamətində ciddi nəticələr əldə edilməkdədir. Heç şübhəsiz ki, soyqırımın törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. Lakin təəssüflər olsun ki, cinayətin təhrikçi, təşkilatçı və icraçılarından biri olan Serjik Sarkisyanın Avropa mediasına şəxsi etirafına baxmayaraq hüququn aliliyindən danışanlar onun və Serjikin digər cinayət ortağı Robert Koçaryanın vəhşiliyinə hələ də hərəkətsizlik göstərirlər. Hərəkətsizlik özü də əməldir və bu mənada əminliklə demək olar ki, bu gün danışmayan, görməyən, eşitməyən hüquq-müdafiə təşkilatları, habelə Xocalı faciəsini hələ tanımayan bəzi böyük dövlətlər bu cinayətin ortağı olaraq qalırlar.Bu gün kimsə iddia edə bilər ki, artıq irəli baxmaq lazımdır, əlbəttə, düşmənçilik daimi ola bilməz, lakin əgər erməni xislətini dəyişmirsə, biz nə edə bilərik? Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zaman keçsə də erməni dəyişməyib, zamanla sadəcə metodlar dəyişib, mülki əhaliyə qarşı cinayətlər Ermənistanın daim dövlət siyasəti olaraq qalıb.Əlbəttə, əvvəldə də qeyd etdiyim kimi, bu, yalnız Azərbaycana aid məsələ deyil, 613 mülki insanın amansızlıqla qətli bəşəri faciədir və bu faciəyə susmaq bəşəri cinayətə göz yummaqdır. Azərbaycanın özü zatən öz qisasını almış və bundan sonra da ala biləcək gücdür. Prezident İlham Əliyevin "Xocalı soyqırımının otuzuncu ildönümü haqqında" Sərəncamının məzmununda da ifadə edildiyi kimi, 44 günlük savaşdakı zəfərlə Azərbaycan xalqı əzəli torpaqlarını işğaldan qurtararaq, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməklə bərabər, həm də çoxsaylı faciələrin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasını almaqla tarixi ədaləti bərpa etmiş oldu".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1067   Tarix: 25 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

Uşağın doğulmasına görə ödənilən müavinət 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

8 noyabr
.

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib - Foto

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətil

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr