Sabirabadda qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə...

Sabirabadda qadın əvvəl zəhər içdi, sonra özünü yandırdı, əri isə...Sabirabad rayonunda 1967-ci il təvəllüdlü Muğamat İbadov 46 yaşlı arvadı Sevincə işgəncə verib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, əri tərəfindən işgəncə görən Sevinc özünü yandıraraq intihar edib.

Hadisə 2020-ci il noyabrın 15-də baş verib. Yanıq xəsarətləri ilə Sevinc əvvəl Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb, oradan isə Bakıya göndərilib.

Bakıda 5 saylı xəstəxananın yanıq şöbəsində 1 aydan çox müalicə alan Sevinc dekabrın 24-də orada vəfat edib. Xəstəxanada polis əməkdaşlarına izahat verən qadın deyib ki, əri onu özünü öldürməyə vadar edib. İzahatında qeyd edib ki, əri ona elədiyi zülmlərə görə dəfələrlə qaynıgildə, qonşuda, təndirxanada yatmaq məcburiyyətində qalıb.

İstintaq uzun sürən araşdırmadan sonra Sevincin intihara cəhd etməsində əri Muğamatı təqsirli bilib.

Onun barəsində Cinayət Məcəlləsinin 133.1-ci (bu məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muğamat özünü təqsirli bilməyib. O bildirib ki, noyabrın 15-də səhər saat 10 radələrində həyətdə olarkən Sevinc evə gəlib:

"Sevincə yaxınlaşarkən telefonla danışdığını gördüm. Sevincin bacım Mehparə ilə danışdığını hiss etdim. Lakin onların nə danışdıqlarına fikir vermədim. Sadəcə Sevinc telefonla danışarkən ona yaxınlaşdlm və nəyə görə hirsli olduğunu soruşdum. Sevinc də əli ilə məni kənara itələdi. Həyətdə nar ağaclarının dibinə peyinləri yaymağa getdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 5-10 dəqiqə sonra Sevinc tərəfə baxdıqda onun yandığını görüb:

"Dərhal Sevincin yanına qaçdım. Həyəcanlı halda alovu söndürməyə çalışdım. Evin eyvanından asılmış xalçanı götürdüm və Sevinci xalça ilə bürüdüm. Lakin alov sönmədi, xalça da yanmağa başladı. Sevincin isə səsi gəlmədi.

Xalça ilə özüm qarışıq alovun üzərinə yıxıldım. Qıçlarımın arasından alov çıxmağa başladı. Əlimlə odu söndürməyə çalışanda əllərim yandı. Üstümdəki alovu əllərimlə söndürə bildim.

Sevincin üzərinə su tökərək onun da alovunu söndürdüm. Su tökdükdən sonra Sevinc öskürərək özünə gəldi. Ondan nə etdiyi və niyə özünü yandırdığını soruşdum. Sevinc onu götürməyimi istədi. Özümün də yandığımı və onu götürə bilməyəcəyimi söylədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Sevinc ona qardaşı Qədirin nömrəsini deyib və zəng etməsini istəyib:

"Qədirin nömrəsini yığdım, təcili bizə gəlməyini bildirdim. Əlim yanmış olsa da, Sevinci yerdən qaldırdım, yataq otağına apardım. Ona kömək etdim.

Sevinc əynini dəyişdi, yanmış paltarlarını əynindən çıxardı. Evdə həmişə geyindiyi paltarlar geyindi. Təqribən 5 dəqiqə sonra Qədir gəldi. Mənə heç bir söz demədən Sevinci apardı. Sonra bacımın yoldaşı Sakitə zəng edərək çağırdım. Öz maşını ilə məni evlərinə apardı. Bacım Mehparənin tibdən başı çıxdığı üçün Sabirabad rayonundan ağrıkəsici dərmanlar, iynə, maz aldırdım. Mənim əllərimə və qıçlarıma sarğı qoydurdum. Həmin gün Sevincin əvvəlcə Saatlı Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakı şəhərində yerləşən 5 saylı Yanıq Mərkəzinə aparıldığını eşitdim".

Təqsirləndirilən şəxs bildirib ki, növbəti gün Sevincin qardaşı Samit ona zəng edib və xəstəxana xərcləri üçün 2000 manat lazım olduğunu deyib:

"Həmin pulu onun özünə göndərməyimi xahiş etdi. 1900 manat pulu Sevincin qardaşı Niyaməddinə Samitə verməsi üçün təqdim etdim.

Təqribən 5 gün sonra Samit mənə yenidən zəng etdi və Sevincin xəstəxana xərcləri üçün pul lazım olduğunu dedi. Məndən yenə 2000 manat istədi. Pulum olmadığını söylədim. Amma həyətimdəki iki baş yanıbalalı inəyi satacağımı, pulunu Sevincin müalicəsinə verəcəyimi bildirdim. Samit də mənimlə razılaşdı".

Muğamatın ifadəsinə görə, növbəti gün 2000 manatı hazır edib və Samitə zəng vurub:

"Samit həmin pulu götürərək apardı. Təqribən 1 saat sonra baldızım Rəqsanəyə zəng etdim və Sevincə baş çəkmək üçün xəstəxanaya gələcəyimi dedim. Rəqsanə qardaşları Bahadurun məni görmək istəmədiyini söylədi, bu səbəbdən oraya getməməyimi tövsiyə etdi. Lakin mən getmək qərarına gəldim.

Həmin ərəfədə bir qədər sağaldığımdan Sevincə yemək bişirdirdim, qardaşı Niyaməddinlə 5 nömrəli yanıq xəstəxanasına getdim. Xəstəxananın həyətində Sevincin qardaşı Hikmətin oğlu Mərhəməti gördüm. Ondan Sevincin vəziyyətini soruşdum. Mərhəmət Sevincin vəziyyətinin yaxşı olduğunu bildirdi. Mərhəmətə yemək gətirdiyimi dedim. O, ilk əvvəl heç bir söz demədi, sonra Bahadurun buna icazə vermədiyini söylədi. Xəstəxanaya daxil olmaq istəsəm də, məni oraya buraxmadıqlarından evə qayıtdım".

Muğamatın sözlərinə görə, 2020-ci ilin dekabrın 17-də Samit ona zəng edib və Sevincə dərman almaq üçün yenidən 2000 manat istəyib:

"Həmin vaxt üstümdə pul olmadığından borc tapmalarını, nə qədər pul qoysalar, hamısının ödəyəcəyimi dedim. Samit mənə heç nə demədi. Dekabrın 24-də Sevinc aldığı yanıq xəsarətlərindən öldü".

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Axırbəyim Əhmədova deyib ki, qızı Sevinc uzun illər əri tərəfindən şiddətə məruz qalıb. Muğamat Sevinci ən müxtəlif bəhanələrlə döyüb, təhqir edib, çox vaxt onun üzərində xəsarət izləri olub:

"Bu üzdən bir neçə il əvvəl Sabirabad Rayon Polis Şöbəsinə Muğamatdan şikayət də olunmuşdu. O, bu cür hərəkətlərinə son qoyacağına söz verəndən sonra ərizə geri götürüldü, qızımla aralarında barışıq oldu.

Sevinc 1993-cü ildə ailə qurub. Onların birgə nikahdan bir oğlu və bir qızı olmaqla, iki övladları var. Qızları hələ 2015-ci ildə ailə həyatı qurub, onun özünün də övladı var. Oğul isə ali təhsilini başa vurandan sonra işləmək üçün xarici ölkəyə gedib. Bu səbəbdən son illərdə Sevinc və həyat yoldaşı tək yaşayırdılar. Bu müddətdə də o, dəfələrlə üzərində xəsarət izləri ilə qardaşlarının, qonşuların evlərinə qaçmalı olub".

Axırbəyim Əhmədova bildirib ki, qızı Muğamatın zülmləri üzündən bir neçə il əvvəl zəhər içməli olub:

"Sevincgilə gedəndə qızımın yataqda olduğunu, uşaqların isə ağladığını gördüm. Tez-tez qaytarırdı, ağzından sarı selik gəlirdi. Dedi ki, guya qonşu öz həyətinə siçanlara görə dərman səpib, bunun da toyuqları onu yeyib. Toyuğu kəsib yeyəndə özü də zəhərlənib. Məhlulla Sevincin mədəsini yuduq, müəyyən addımlardan sonra özünə gəldi. Qızımın zəhər içdiyini sonradan bildim".

Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Muğamat Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində verilən Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ittihamdan xaric edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib. O, Sabirabad Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini, Muğamatın barəsində Cinayət Məcəlləsinin 125 və 133.1-ci maddələri ilə ən ağır həddə cəza verilməsini istəyib.

Hüquqi varisin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, hökm Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən dəyişdirilib və ona təyin olunmuş cəza artırılıb.

Təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən xitam verilib.

Cəzanın müddəti əvvəlki kimi qalıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1814   Tarix: 03 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Azərbaycanda dövlət müəssisələrinin dividend öhdəliyi 43 %-ə yaxın artırılır

2027-ci ilin Azərbaycanda səhmlərində dövlətin payı olan müəssisələrin 855 milyon manat dividend ödəməsi nəzərdə tutulur. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 42,5 % çoxdur. Bu il dövlət müəssisələr

20 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin özünü buraxması: Qarabağda siyasi-hüquqi mərhələnin sonu

2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin və Cənubi Qafqazın siyasi reallığının ən mühüm dönüş nöqtələrindən biri oldu. Hadisələrin əhəmiyyəti yalnız 23 saatdan az davam edən hərbi əməliyyatın nəticələri ilə məhdudlaşmırdı. Bu prose

19 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Qarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası

2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind

19 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr