Milli Məclisdə Fransa Senatının üzvü ilə görüş
Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.
Soltan Məmmədov qonaqları salamlayaraq, Azərbaycan və Fransa əlaqələri, Fransa Senatının və Milli Assambleyasının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələr, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına maneə törədən amillər barədə danışıb.
Sonxeber.az xəbər verir ki, söhbət zamanı Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra regionda yaranmış yeni reallıq, 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın icrası, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi, azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi aksiya, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə keçirilmiş görüşün əhəmiyyəti və digər məsələlər barədə müzakirələr aparılıb.
Görüşdə Milli Məclisin Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev, Tural Gəncəliyev, Nigar Arpadarai, Fransanın ölkəmizdəki səfiri Ann Buayon və digər rəsmi şəxslər iştirak ediblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 774 Tarix: 04 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabr