Sərvər Bəşirliyə avtomobil hədiyyə edən türkiyəli iş adamı: "Çox təsirləndim"- FOTO
Türkiyəli iş adamı Sebahettin Civelek Türkiyəyə zəlzələdən zərərçəkənlərə göndərmək üçün köhnə maşınına yüklədiyi əşyalarla fotosu çəkilən və sosial mediada paylaşıldıqdan sonra çoxlarının rəğbətini qazanan Sərvər Bəşirlinin bu xeyirxah əməlindən təsirləndiyi üçün avtomobil hədiyyə edib və onun evinin tikintisinə dəstək olub.
"TurkicWorld" xəbər verir ki, Civelek azərbaycanlıların Türkiyəyə yardım etmək üçün göstərdiyi səyləri izlədiyini ifadə edərək deyib:
"Sərvərin evində yorğan, döşək, nimdər və nə varsa maşınına yükləyərək yardım mərkəzinə gedərkən çəkilən o şəklini görəndə nitqim tutuldu, çox təsirləndim. Bu necə bir ürəkdir, necə bir ruh halıdır? İllərlə bir-birindən uzaq tutulmağa çalışılan qardaşların heç bir maneə olmadan bir-birinə köməyə gəldiyini gördük. O bir simvoldur. Əslində Sərvər Bəşirlinin simasında Azərbaycanın türk xalqına uzatdığı əli gördük. Mən də bu qardaşıma təşəkkür olaraq bir avtomobil hədiyyə etməliyəm".
Sərvərin əvvəlcə hədiyyəni qəbul etmədiyini, ancaq alması üçün çox israr etdiklərini qeyd edən Civelek, "Onu görmək üçün Bakıya gəldim. İllərdir bir-birini görməyən iki qardaşın görüşdüyü kimi bir-birimizə sarıldıq, çox duyğulu anlar yaşadıq. Evini də inşallah inşa edəcəyik.
O köhnə maşın könlümüzdə taxt qurdu. O maşın millətimiz arasındakı dostluğun rəmzi kimi qorunub saxlanmalıdır. Onun daşıdığı mənalar bir cild kitab olacaq", - deyə bildirib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2104 Tarix: 04 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabr