"Facebook"da Azərbaycan bayrağı ilə bağlı neqativ hala RƏSMİ MÜNASİBƏT
Bir müddət əvvəl gənclər və idman nazirinin müavini Mariana Vasileva "Facebook" sosial şəbəkə hesabında etdiyi "Good luck too our artistic gymnasts at the World Cups in Cottbus and Doha" paylaşımının avtomatik tərcüməsi zamanı Azərbaycan bayrağına qarşı neqativ hal yaşanıb.
Oxu.Az xəbər verir ki, "Facebook" sosial şəbəkəsində ingilis dilində yazılmış və sonuna Azərbaycan bayrağı emojisi əlavə edilmiş paylaşımı sosial şəbəkənin təqdim etdiyi tərcümə funksiyası ilə rus dilinə tərcümə etdikdə bayrağımız Ermənistan bayrağı kimi təqdim edilir.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanladıq.
Elektron Təhlükəsizlik Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Facebook" sosial şəbəkəsində paylaşımlarda Azərbaycan bayrağı ilə əlaqədar yaranmış neqativ halın aradan qaldırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkənin inzibatçısı "Meta Platforms, Inc." şirkətinə son 1 ayda 2 dəfə müraciət ünvanlayıb:
"Sonuncu müraciətdə məsələnin ciddiliyi və sosial şəbəkənin Azərbaycan seqmentinin istifadəçilərinin məsələ ilə əlaqədar narahatlığı vurğulanaraq, yaranmış neqativ halın qısa müddətdə aradan qaldırılması xahiş olunub.
Şirkət tərəfindən bildirilib ki, məsələ ilə əlaqədar araşdırma aparılır və qısa zamanda araşdırmanın nəticələri barədə məlumat təqdim ediləcək".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1906 Tarix: 04 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrZəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat
8 noyabr