İdarə rəisi: "Rüfət yaralı olsa belə, xidmətini sonadək yerinə yetirdi"
"Rüfət Vətən müharibəsində necə şücaət göstərmişdisə, dünənki hadisədə qəhrəmanlıq göstərdi, təslim olmadı, xidmətini sona qədər yaralı olsa belə, yerinə yetirdi".
Bunu "Report" a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin rəisi Ənvər Yusifov deyib.
O bildirib ki, R.Həşimov fəaliyyəti dövründə nümunəvi əməkdaş olub:
"Rüfət müharibədən sonra bizim idarədə fəaliyyətə başlamışdı. Çox cəsur, fədakar biri idi. Onu hansı sahəyə yönəltmişdiksə, həmişə işgüzarlığı ilə seçilmişdi.
Rüfətin ölümü bizim üçün ağır itki oldu. O, nümunəvi xidmətindən əlavə həm də kollektiv arasında xüsusi hörməti olan nümunəvi əməkdaş idi. Necə ki, müharibədə şücaət göstərmişdi, həmçinin dünən hadisə baş verən zaman da qəhrəmanlıq göstərdi, təslim olmadı, xidmətini sona qədər yaralı olsa belə yerinə yetirdi. Təəssüf, qatillərin gülləsinə qurban getdi.
Şükür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qatili zərərsizləşdirdi. Rüfətə Allahdan rəhmət, yaxınlarına idarəmiz adından başsağlığı veririk".
Qeyd edək ki, dünən Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birindəki bankomatların olduğu ərazidə inkassasiya xidmətinə silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı idi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva