"Ermənistan məğlubiyyəti qəbul edə bilmədiyi üçün üçtərəfli Bəyanatın şərtlərini pozur" - ŞƏRH
Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında qeyri-qanuni erməni birləşmələri təxribat törədiblər. Təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bununla bağlı olaraq Sonxeber.az-a Milli Məclisin deputatı Asim Mollazadə açıqlama verib.
Deputat bildirib ki, bu hadisə Ermənistanın üçtərəfli Bəyanatın şərtlərinə əməl eləmədiklərini göstərdi.
"Ermənilər qeyri-qanuni formada silahlar,hərbi qüvvələrini Qarabağa gətirməyi müşahidə olunur. Rusiya sülhməramlı qüvvələri isə buna göz yumur. Ona görə də Laçın dəhlizində Azərbaycan Ordusunun nəzarəti gücləndirməsinə ehtiyac var. Ermənistan ya dərhal silahlı qüvvələrini çıxartmalıdır, ya da ki Azərbaycan bu prosesi nəzarətdə saxlama imkanına malik olmalıdır. Ermənistanın üçtərəfli Bəyanatdan sonra minaları gətirib basdırıb, hansı ki Azərbaycan əsgərləri qurbanlara çevrildi. Bu Bəyanatın mövcud olan şərtlərin kobud şəkildə pozulmağı demək idi. Beynəlxalq ictimaiyyət də buna çox ciddi diqqət yetirir. Qarabağ ərazisində olan erməni silahlı qüvvələri ordan çıxarılmalıdır. Çox təəssüf ki, Rusiya sülhməramlı dəstələri bu prosesə maneə olur, Ermənistana hansısa formada dəstək verir və ya Ermənistanın bu şərtləri pozmağına göz yumur. Ona görə Azərbaycan addımlar atmalıdır, Ermənistanın təxribatlarının qarşısını almaq üçün nəzarəti gücləndirməlidir. Baş verən hadisələr göstərdi ki, Ermənistan üzərinə düşən öhdəliklərə əməl etmir. Ermənistan məğlubiyyəti qəbul edə bilmədiyi üçün üçtərəfli Bəyanatın şərtlərini pozur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi
Qızıl almaq istəyənlərin nəzərinə
Xankəndi Stadionu açıldı - Fotolar
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova
Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva