Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfransında Manama Bəyannaməsi qəbul olunub

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin konfransında Manama Bəyannaməsi qəbul olunubBəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib, Manama Bəyannaməsi qəbul olunub

Milli Məclisin (MM) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sonxeber.az-a verilən məlumata görə, tədbirdə 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox nümayəndə heyəti olmaqla, ümumilikdə 300-dən çox nümayəndə iştirak edib.

MM sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova tədbirə qatılan nümayəndə heyətlərinin rəhbərlərini salamlayıb.

Sonra spiker Sahibə Qafarova konfransı açıb.

Tədbir iştirakçıları Türkiyə və Suriyədə baş verib zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

O deyib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi hərəkatın institusional inkişafı istiqamətində Azərbaycan sədrliyinin göstərdiyi səylərin əsas nəticələrindən biri kimi ön plana çıxır. Spiker xatırladıb ki, Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabrında keçirilən Bakı Sammitində dövlət və hökumət başçıları Qoşulmama Hərəkatının parlamentariləri ilə əməkdaşlığı genişləndirmək və dərinləşdirməklə bağlı qərar qəbul ediblər. Azərbaycan Respublikasının Prezidenti, hərəkatın sədri İlham Əliyevin irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Madriddə təsis olunub. 2022-ci ilin iyun ayında Bakıda 40-dan çox parlamentin və 8 parlamentlərarası təşkilatın 400-dək nümayəndəsinin iştirakı ilə keçirilən Parlament Şəbəkəsinin ilk konfransı şəbəkənin inkişafında mühüm mərhələ olub. Konfrans çərçivəsində şəbəkənin İş Qaydaları, Bakı Bəyannaməsi, həmçinin şəbəkənin rəsmi loqosu və bayrağı qəbul edilib və növbəti üç il üçün şəbəkənin sədri və üç sədr müavini seçilib.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransından sonrakı dövrdə bir sıra parlamentlərarası platformalarda, o cümlədən G20 parlament spikerlərinin Zirvə Toplantısında və Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etdiyini xatırladan Milli Məclisin sədri vurğulayıb ki, bütün bu mühüm beynəlxalq tədbirlərdə və üzv parlament başçıları ilə ikitərəfli və çoxtərəfli formatda görüşlərində onun çıxışlarının əsas məqamı şəbəkənin ideya və məqsədlərinin təbliği olmuşdur. Qoşulmama Hərəkatının dəyər və prinsiplərinin həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsi, digər təşkilatlarla institusional dialoqun inkişafı yolu ilə təşviqi də ən yüksək prioritet olmuşdur. Nəticə etibarilə, Parlament Şəbəkəsi artıq Asiya Parlament Assambleyası, Ərəb Parlamenti, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı, Türk Dövlətləri Parlament Assambleyası və ASEAN Parlamentlərarası Assambleyası kimi bir sıra beynəlxalq parlament təşkilatları ilə əməkdaşlıq mexanizmləri yaratmış və bu təşkilatlarda müşahidəçi statusu almışdır. Spiker qeyd edib ki, bu əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində müvafiq işlər artıq həyata keçirilməkdədir. Eyni zamanda, Parlament Şəbəkəsi Katibliyinin üzvləri məlumatlandırma tədbirləri çərçivəsində BMT-nin Cenevrədəki bölməsində və Nyu-Yorkdakı qərargahında təşkil olunan Qoşulmama Hərəkatı səfirlərinin aylıq görüşlərində iştirak ediblər. İkitərəfli əməkdaşlıq çərçivəsində isə Azərbaycan Respublikası Milli Məclisi Qoşulmama Hərəkatına üzv dövlətlərin daha 16 parlamenti ilə parlament dostluq qrupları təsis edib ki, bu addım bütün üzv parlamentlərlə əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədimizi əks etdirir.

Parlament Şəbəkəsinin ikinci konfransının "Pandemiyadan sonrakı bərpa üzrə milli və qlobal səviyyədə göstərilən səylərə parlament dəstəyi" mövzusuna həsr olunduğunu xatırladan spiker Sahibə Qafarova bildirib ki, bu yaxınlarda, martın 2-də Azərbaycanın paytaxtı Bakı şəhərində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammit səviyyəli görüşü keçirilib. Bu, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi pandemiyadan sonrakı bərpa məsələləri üzrə qətiyyətli tədbirlərin görülməsinə yönəlmiş daha bir qabaqlayıcı təşəbbüsü idi. Milli Məclisin sədri vurğulayıb ki, Zirvə görüşünün ən praktiki nəticələrindən biri Prezident Əliyev tərəfindən Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək üçün iki Qlobal Çağırışı bəyan etməsi oldu. Bu təşəbbüsə uyğun olaraq, Azərbaycan ilk donor ölkə kimi hər iki Qlobal Çağırışa 1 milyon ABŞ dolları ayırıb.

Sahibə Qafarova çıxışına davam edərək, diqqətə çatdırıb ki, Parlament Şəbəkəsinə Azərbaycanın sədrliyi bu iki Qlobal Çağırışı parlament vasitələri ilə Qoşulmama Hərəkatı çərçivəsində və qlobal miqyasda dəstəkləmək və təşviq etmək məqsədilə "Pandemiyadan sonrakı bərpa üzrə Qoşulmama Hərəkatı Sədrliyi tərəfindən irəli sürülmüş təşəbbüslərə Parlament Dəstək Qrupu"nun yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu, parlamentarilərin ölkələrimizi narahat edən məsələlərin həllinə töhfəsini təmin edəcəkdir.

Spiker Sahibə Qafarova vurğulayıb ki, diqqət yetirilməli olan başqa bir vacib məsələ neokolonializm məsələsidir. Qoşulmama Hərəkatı bu məsələdə həmişə yekdil olub. Bununla belə, Fransanın Qəmər Adaları İttifaqının Mayot adası üzərindəki şəksiz suverenliyini tanımaqdan imtina etməsi, Yeni Kaledoniya xalqının və dənizaşırı ərazilərindəki digər xalqların hüquqlarını pozması bu təhlükəli tendensiyanın əslində gücləndiyini göstərir. Milli Məclisin sədri deyib ki, parlamentlərimiz belə biabırçı addımların istənilən təzahürünə qətiyyətlə qarşı çıxmalı və bunlara qarşı mübarizədə üzv dövlətlərin hökumətləri ilə səylərini birləşdirməlidirlər.

Sahibə Qafarova bildirib ki, ikinci konfrans həm də Parlament Şəbəkəsinin institusional cəhətdən daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsinə həsr olunub. Bir sıra üzv parlamentlərdən irəli sürülmüş müraciətləri nəzərə alaraq, Azərbaycan sədrliyi Şəbəkənin İş Qaydalarına bir neçə dəyişiklik təklif edib. O, inamını ifadə edib ki, Parlament Şəbəkəsinin iş metodlarının daha da inkişafı və təkmilləşdirilməsi onun institusional baxımdan formalaşmasının və effektiv fəaliyyətinin vacib komponentidir.

Çıxışının sonunda Milli Məclisin sədri Parlament Şəbəkəsinin Qoşulmama Hərəkatının ideallarının və prinsiplərinin, çoxtərəfliliyin, dialoqun və parlamentlərarası əməkdaşlığın təşviqi üçün mühüm alətə çevrilməkdə olduğuna dair inamımı ifadə edib.

Sonra konfransda Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, Misir Ərəb Respublikası Nümayəndələr Palatasının sədri Hanafi Gibali, Malavi Milli Assambleyasının spikeri Katerin Qotani Hara, Kot-d’İvuar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo, Burundi Milli Assambleyasının spikeri Gelasi Daniel Ndabirabe, Nepal Nümayəndələr Palatasının sədri Dev Raj Ghimire, Fici parlamentinin sədri Naiqama Lalabalavu, Boliviya Çoxmillətli Dövləti spikeri Jerges Merkado Suarez, Tanzaniya Parlamentinin spikeri Tulia Akson və digər çıxış edənlər konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlıqlarını bildiriblər. Çıxışlarda ölkəmizin Qoşulmama Hərəkatına uğurla sədrliyi qeyd olunub, həmçinin təşkilatın Parlament Şəbəkəsinin institusional inkişafı istiqamətində atılan addımların əhəmiyyəti vurğulanıb, təşkilatın gələcək fəaliyyəti və inkişafı ilə bağlı fikir və təkliflər səsləndirilib.

Konfransda həmçinin "Qoşulmama Hərəkatının Sədrliyi tərəfindən pandemiyadan sonrakı qlobal bərpaya dəstək məqsədilə irəli sürülən təşəbbüslərə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Parlament Dəstək Qrupunun yaradılması haqqında", "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun verilməsi haqqında", "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iş qaydalarına dəyişikliklər edilməsi haqqında" qərarlar və Manama Bəyannaməsi qəbul olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 627   Tarix: 14 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021