İlham Əliyev: "İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq"
"İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq".
Bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib.
"Biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Ermənistan ordusunda son məlumata görə 10 min yox, 11 min fərari olmuşdur. Bunu onlar yaddan çıxarmasınlar və yaddan çıxarsalar, biz onların yadına salacağıq. İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı "Qafqazın Xirosimasına" döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!", - deyə dövlət başçısı bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
"BakıKart"ın qiyməti ARTDI
Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar
Axşam içilən spirtli içkiyə görə səhər cərimə yazıla bilər? - CAVAB
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı
Səssiz qatil: 2050 ssenarisi 24 il əvvəl gerçəkləşdi - Zaman cədvəli pozuldu
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - "Kababı sevir, yallı gedir" (VİDEO)
Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
Bakıda musiqiçini maşın vurub öldürdü
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - Fotolar
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı
Meymun turistin smartfonunu oğurlayıb selfi çəkdi