Blinken Putinin ABŞ-da həbs edilməsi ehtimalını şərh edib
ABŞ dövlət katibi Entoni Blinken Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderini şərh edərkən qeyd edib ki, onun ölkəsi quruma üzv deyil.
"Report" xəbər verir ki, o, bu barədə ABŞ Senatında keçirilən dinləmələrdə bildirib.
Senator Lindsi Qrem Blinkenə müvafiq sual verib və Putinin ABŞ-a gələcəyi təqdirdə həbs olunmasını istəyib.
"Biz Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyilik" deyən Blinken Putinin hələ ABŞ-a səfər etməyi planlaşdırmadığını bildirib.
Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin Haaqadakı məhkəməyə hazırlıq palatası Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün order verib.
Qeyd olunub ki, bu şəxslər əhalinin, xüsusən də uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiyası və köçürülməsindən ibarət olan hərbi cinayətlərdə iştirak edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1843 Tarix: 23 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr