"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı video dəhşətlidir"- Ferqus Auld
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Azərbaycan əsgərinə Ermənistanda şiddət göstərilməsinə münasibət bildirib.
Sonxeber.az xəbər verir ki, Ferqus Auld sosial media hesabında bununla bağlı paylaşım edib.
"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir. Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir" ,- deyə səfir bildirib.
Qeyd edək ki, ötən gün Azərbaycan əsgərinin Ermənistanda şiddət görüntüləri yayılıb. Azərbaycanın Müdafiə Nazirliyi əsgərin yolunu azaraq Ermənistana keçdiyini bildirib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1819 Tarix: 14 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabr