AQTA və Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verildi
"Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, aşağıdakı məzmunda 2.7-5-ci bənd əlavə edilir:
"2.7-5. həmin Qanunun 24.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (götürülməsi, məhv edilməsi, zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə bağlı qərar qəbul edilməsinə münasibətdə) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (götürülməsinin, məhv edilməsinin, zərərsizləşdirilməsinin, emalının və ya təkrar emalının təmin edilməsinə münasibətdə) nəzərdə tutulur".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1533 Tarix: 14 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabr