"Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmişdir" - Tamam Cəfərova

"Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmişdir" - Tamam CəfərovaSon zamanlar baş verən proseslərlə bağlı deputat Tamam Cəfərova Sonxeber.az-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Tamam xanım İrəvanda ağır atletika üzrə Avropa çempionatında ermənilər növbəti təxribata əl ataraq Azərbaycan bayrağını yandırdılar.Bu təxribat Nikol Paşinyan və dövlət rəsmilərin göz qarşısında baş verdi. İlk olaraq bu barədə danışamanızı istərdik.

- 14 aprel tarixində İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması dövlətimizə və millətimizə qarşı Ermənistan tərəfindən yüz ildən çoxdur ki, davam edən barbarlığının və vəhşiliyinin növbəti təzahürü idi. Bu hadisə eyni zamanda Ermənistanın beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərə münasibətinin göstəricisidir. Hadisəyə idman yarışlarındakı adi təhlükəsizlik qaydasının pozulması kimi yanaşmaq sadəlöhvlük olar. Azərbaycan bayrağına qarşı edilən hörmətsizlik ölkəmizin regionda yaratdığı yeni reallıqları həzm edə bilməyən qüvvələrin ümumiləşdirilmiş obrazıdır. Həm döyüş meydanında, həm də beynəlxalq siyasətdə məğlub olan Ermənsitan və onun bacılarının Azərbaycan qarşı istifadə edə biləcəkləri başqa silahları olmadığını anladıqca belə aqressivlik nümayiş etdirdilər.Beynəlxalq qurumlar isə həmişəki kimi sadəcə " narahatlıqlarını" və " təəssüflərini" bildirdilər. Təəccüblü deyil ki, beynəlxalq yarışda Azərbaycan bayrağının yandırılması faktına qarşı da aidiyyatı beynəlxalq təşkilatlar yenə də susqunluq nümayiş etdirdilər. Bu fakt da özlüyündə həmin qurumların yenədə ikili standartlara sadiq qaldığını bir daha sübut etdi. Beynəlxalq təsisatların belə ikili standartlar mövqeyi nümayiş etdirməsi sadəcə təəssüf doğurur amma biz buna öyrəşmişik. Azərbaycanın onsuz da onların ədalətinə ehtiyacı yoxdur. Azərbaycan 44 günlük Vətən müharibəsində ədaləti və beynəlxalq hüququ təkbaşına bərqərar etməyi bacardı və bütün dünyada bizim gücümüzü gördü. Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu aktı qətiyyətlə pisləyir, Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırır və cinayətkarların cəzalandırılmasını tələb edirik. Ermənistan bir daha sübut etdi ki, beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında deyil.

- Tamam xanım media və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisindən əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun Ermənistan Respublikası ərazisində əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair videogörüntülər yayılıb. Həmin görüntülərdə ermənilərin necə vəhşi millət olduğunu gördük.

- Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, igəncə veriblər. Əsgərimizə verilən dəhşətli işgəncələri videoya çəkmək və paylaşmaq erməni faşizminin iç üzünün növbəti dəfə təzahürüdür. Əlləri bağlanmış, döyülərək, yerə uzadılmış, köməksiz vəziyyətdə olan adamın ağzına təpiklə zərbələr vurulur. Sual olunur ki, ermənilər bu vəhşiliyi niyə sosial şəbəkədə tirajlayırlar və qürur duyurlar? məqsədləri nə olub? Bununla ermənilərin vandal və faşist simasını birdaha dünyaya nümayiş etdiriblər? Özlərini ifşa ediblər? bəli. Amma bunlar ifşa olunmaqdan zövq alıblar həmişə. Əsir düşmüz əsgərimizə qarşı törədilən bu işgəncəni, vəhşiliyi, barbarlığı sakit izləmək mümkün deyil. Gördüklərimiz bir daha sübut edir ki, yüz illər keçsə də ermənin faşist, vəhşi xisləti dəyişməmişdir. Həmçinin, Ermənistanın adı gələndə həyasızcasına şüvən qaldıran Beynəlxalq təşkilatlar da, xüsusilə insan hüquqları müdafiə edənlər də ermənilər kimi, öz xislətlərinə, ikili standrtlar sadiq qalaraq yenə də Azərbaycana edilən haqsızlığa qarşı kar və kordular. Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır. Konkret olaraq, "Hərbi əsirlərlə rəftar haqqında" III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdır. Beynəlxalq hüququn tələblərini kobudcasına pozan Ermənistanda hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgərlərə qarşı cinayət işi açılmışdır. Aidiyyəti beynəlxalq qurumlar əsgərlərimizin azad olunması istiqamətində müəyyən iş aparsa da, Ermənistan məhkəməsi əsgərlərimizi guya bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah və sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham etmişdir. Ermənsitan öz faşist, barbar, məkrli əməllərini qondarma qanunlarının arxasında gizlətməyə çalışsa da, onların Azərbaycanafob, islamafob münasibətləri açıq-aydın görünür.

Beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmişdir. Beləki, oxşar hallarda erməni hərbçilər səhvən Azərbaycan ərazilərinə daxil olduqda, onlar tez və zərərsiz şəkildə geri qaytarılıb. Əksinə yaralı erməni əsgərinə ilkin tibbi yardım da göstəriblər. Çünki bizim dinimiz, mədəniyyətimiz bizə digər xalqlara qarşı vəhşiliyi təbliğ etmir.

Şübhəsiz ki, bu hadisə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə də mənfi təsirini göstərəcək. Azərbaycan XİN Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatları məlumatlandırıb. Xarici İşlər Nazirliyinin məlumatında da deyildiyi kimi, aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı, lazımi qiymət verməlidir. Bu, beynəlxalq müstəvidə süquta uğramaqda davam edən hüququn bərpa olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq təşkilatların ədaləti bərpa edəcəyinə inamımız olmasa da, hüququn aliliyi prinsipindən yanaşaraq, Azərbaycan beynəlxalq təşkilatları məsələ ilə əlaqədar tədbir görməyə çağırmışdır.

- Bu gün Ermənistan havadarlarının sifarişi ilə müxtəlif təxribatlara əl ataraq regionda vəziyyəti gərginləşdirmək istəyirlər. Təəəssüf ki, bu təxribatların hər biri də Rusiya sülhməramlıların gözü qarşısında baş verir. Bu təxribatlar davam edərsə Qarabağda yenidən anti-terror əməliyyatları başlaya bilərmi?

- Qarabağda anti-terror əməliyyatının baş verməsi qaçılmaz və zəruridir. Son zamanlar ərazilərimizdə bizə qarşı separatçı qüvvələr tərəfindən edilən təxribatları görürük. Azərbaycan Ordusu tez bir zamanda buna qarşılıq verir. Əlbəttə ki, bu təxribatların əsas hədəflərinin nə olduğu bizə məlumdur. Vəziyyəti gərginləşdirmək, diqqəti separatçıların üzərinə çəkmək…

Sərhəddə delimitasiya və demarkasiya proseslərinin getdiyi dönəmdə vəziyyəti bu cür gərginləşdirməyə və Azərbaycanı geri çəkməyə çalışırlar. Bu gün Azərbaycan ərazisində seperatçı düşüncələrlə yaşayan bir sıra silahlı insanların da aktivlik göstərməsinin səbəbi diqqəti özlərinə yönləndirməkdir. Bu hədəflərin nə olmasından asılı olmayaraq, Azərbaycan tərəfi öz sərhədini qoruyacaq, ərazisində təhlükəsizliyi təmin edəcək. Bunu əlbəttə ki, qarşı tərəf də başa düşür. Üç ilə yaxındır ki, biz Azərbaycan torpaqlarında gizlənən qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasını gözləyirik. Təəssüf ki, Rusiya sülhməramlıları üzərinə götürdüyü öhtəliyi yerinə yetirmir. Əksinə qanunsuz erməni silahlı birləşmələrin təxribatları üçün münbit şərait yaradırlar. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi bir daha bunun sübutudur. Görünür, Azərbaycan yenidən antiterror əməliyyatı keçirməli olacaq. Ermənistan və havadararı unutmasın ki, Vətən müharibəsində düşmənin belini qıran dəmir yumruq yerindədir. Qanunsuz erməni silahlı birləşmələri təxribatlarına davam edərsə dəmir yumruğu yenidən başında hiss etməli olacaq.

Xüsusilə qeyd etmək lazımdır ki, beynəlxalq hüquqda da Azərbaycana bir dəstək var. Belə olan halda Ermənistan vəziyyəti gərginləşdirməyə, maraqlı qüvvələri ortaya çıxarmağa çalışır. Düşmən tərəfi anlamalıdır ki, 10 noyabr bəyannaməsinin şərtləri onun üzərinə götürdüyü bir öhdəlikdir. Bunun icrasından imtina etmək heç bir halda mümkün olmayacaq.

- Vətən müharibəsindən sonra bizə dost kimi görünən bir çox ölkələrin əsil siması ortaya çıxdı. Eləcə də İranın. 30 il ərzində Ermənistana gizli dəstək olan İran bu gün açıq-aşkar Ermənistanın yanındadır.

- Əslində həmişə ermənipərəst mövqeyi ilə seçilən, Ermənistana hər cür yardımlar edən İran bu dəfə açıq kartlarla oynamağa başlayıb. Heç kimə sirr deyil ki, İranın Azərbaycanla xoş qonşuluq münasibətləri süni xarakter daşıyıb. Əməldə İran Ermənistana müxtəlif gizli yollarla yardım edən bir nömrəli ölkə olub və bu gün də belədir. Son 30 illik işğal dövründə İran Ermənistanla dostluq, qardaşlıq siyasəti yürüdüb. Əl altından işğalçıya hər cür dəstək verib. Yeri gəlmişkən, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan da həqiqətləri gizlətməyib, Ermənistanın həm də İrana görə ötən əsrin 90-cı illərdə yaşaya bildiyini, İranın Ermənistan üçün nəfəslik olmasını vurğulayıb.

İranın Ermənistanla bir yerdə yürüməsini isbatlayan kifayət qədər faktlar var. 1990-cı illərin əvvəllərində İranın Ermənistana açıq dəstək verməsi, Şuşanın işğalında İranın birbaşa rolunun olması, işğal olunmuş ərazilərdə daşların, dəmirlərin iranlı işbazlar tərəfindən daşınıb aparılması məgər həqiqət deyilmi? 30 illik işğal dövründə İran müsəlman ölkəsi olaraq Ermənistanla açıq və gizli iqtisadi əlaqələrə malik ölkə kimi ilk yerdə dayanmayıbmı? Bu 30 il Azərbaycanın etirazları, İranın isə həyasızcasına bu əlaqələrə don geyindirməsi, gizlətməsi ilə yadda qalıb. Üstəlik, sanki Azərbaycana acıq verilirmiş kimi, Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərləri təkcə ikitərəfli əlaqələrin inikişafı istiqamətində görülən işlərlə yadda qalmayıb, rəsmi şəxslər bir-birlərinin ünvanlarına təriflər də yağdırıblar.
44 günlük Vətən müharibəsi zamanı da İran əsl simasını ortaya qoydu. Gah Azərbaycan dronlarının sərhəd ərazilərdə uçmasından narahatlığını bildirdi, gah da öz ərazisindən Ermənistana silah, yanacaq daşınmasına imkan yaratdı. Həmin vaxt İranın silah daşımasına məhz bu ölkədəki soydaşlarımızın kəskin etirazından sonra ara verdiyi danılmaz faktdır... İran müharibə zamanı susdu. O zaman ala-yarımçıq bir mövqe ortaya qoydu, hansı ki, Azərbaycan artıq cəbhədə tam üstünlük qazanmışdı və ölkəmizin parlaq qələbə qazanacağı şübhə doğurmurdu.

İran heç vaxt müsəlman və qonşu dövlət kimi Ermənistanın insanlığa sığmayan müharibə cinayətlərinə etiraz səsini qaldırmayıb, haqqın, ədalətin yanında durmayıb. İran Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına susmamalı idi. Bu müqəddəs yerlərdə vaxtilə donuzların saxlanılması, ilk növbədə İranı narahat etməli idi. Əfsuslar ki, indi də belədir. İran daha açıq və qabarıq formada ermənipərəst siyasət yürüdür. İran bölgədə yaranan yeni reallıqla barışmaq istəmir. Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr İranı qıcıqlandırır. İran, həmçininın Azərbaycanın İsraillə münasibətlərini həzm edə bilmir.
İran onu anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa imkan verməyib. Buna cəhd göstərənlərin aldıqları cavab İran üçün nümunə olmalıdır. İran mollaları, rəsmiləri öz mənasız və populist bəyanatlarında bu reallıqları nəzərə almalı, güclü, müstəqil siyasətə malik Azərbaycanla əlaqələrin inkişafı haqda düşünsələr bu, daha çox İranın xeyrinə olar.

-Bu gün İran hökumətinin əlaltıları ölkəmizdə sabitliyi pozmağa çalışırlar. Deputat Fazil Mustafaya edilən xain hücum isə həmin cəhdlərdən biridir. Hazrda bilirsiniz İranın tapşırıqlarının icra edən bir qrup əlaltılar həbs edilməkdədir. Bu gün aktual olan məsələlərdən biri İran səfirliyinindörd əməkdaşının persona-non-grata elan edilməsidir. Bu məsələyə münaisbətinizi bilmək istərdik.

- Azərbaycan İranla konstruktiv münasibətlərin bərqərar edilməsində maraqlıdır. Cari gərginliyin təşəbbüskarı və səbəbkarı biz deyilik, İrandır. Biz əksinə İranla Şimal-Cənub marşrutunun gerçəkləşməsində və daxili işlərə qarışmamaq prinsipi altında faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlıyıq. Bu cümlədə aparıcı ifadə "daxili işlərə qarışmamaqdır". Molla-fars rejiminin bütün qonşuluq prinsiplərini və Beynəlxalq hüquq normalarını ayaqlar altına atması və təbii ki, qeyri-sivil və cahil addımları cəmiyyətimizdə də hiddət doğurub. Azərbaycan Xarici İşlər Nazirliyi İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşını "persona-non-grata" elan edib. Dövlətlərarası diplomatik münasibətlərdə bu hal o zaman tətbiq olunur ki, səfirlik və konsulluğun əməkdaşları öz üzərlərinə düşən vəzifələrdən başqa kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olurlar. Belə zənn etmək olar ki, İran diplomatlarının ölkədən çıxarılması rəsmi Tehrana bir xəbərdarlıqdır. (bizim ölkəmizdə baş verən bütün hadisələrdən məlumatlıyıq)

- Vətən müharibəsindən sonra İran gənclərimizi iki formada zəhərləməyə başladı. Din və narkotik. Gənclərimizi bu dəllallardan qorumaq üçün hansı addımlar atılmalıdır?

- Bütün problemlərin bir həlli, açarı və dərmanı var: Elm və maarif. Elmli insan mövhumat və xurafatdan, o cümlədən narkotikdən uzaq durur. O, cismini və şüurunu Vətəni, ailəsi və özünün inkişafına həsr edir. Bu baxımdan gənclərimizin təhsilinə, maarifləndirməsinə diqqəti daha da artırmalıyıq. İlahiyyat İnstitutunun savadlı dinşünaslar hazırlanmasıda vacib məqamlardandır. İlahiyyat ilə maraqlanan vətəndaşlarımızın xaricə, dini təhsil almağa səfərlərini qabaqlamış olacaq və dini ibadət yerlərinin vətənpərvərlik ruhunda təhsil almış yeni ilahiyyatçılarla əvəzlənməsini şərtləndirəcəkdir.

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1539   Tarix: 20 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

İƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin

25 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

"Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir" - DEPUTAT

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdə

10 iyun
.

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Senatının sədr müavini Thun Vathana ilə görüşüb. Bu barədə "Report"a Milli Məcıisdən məlumat verilib. Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbayca

13 iyun
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

"Bu gün Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur" - Pərvanə Vəliyeva

"Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və milli təhlükəsizliyinin əlamətdar tarixi günlərindən olan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, ordumuzun şərəfli inkişaf yolunu və vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın əzi

23 iyun
.

Alyona Əliyeva sərgidə - Fotolar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:

1 iyul