İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də bp şirkətinin baş icraçı direktoru Meq O’Nili qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Meq O’Nili bp şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, onun rəhbərliyi ilə SOCAR-bp uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev ölkəmizlə bp arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub.

Ölkəmizlə bp arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Azərbaycan Prezidenti bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğulayıb və tərəfdaşlığımızın strateji xarakter daşıdığını diqqətə çatdırıb.

Təbriklərə görə təşəkkürünü bildirən Meq O’Nil Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyib.

bp şirkətinin baş icraçı direktoru ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğulayıb.

Meq O’Nil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxunub.

Dövlətimizin başçısı qeyd edib ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu, ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra "Əsrin müqaviləsi"nin imzalandığını xatırladan Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu deyib, ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğulayıb. Azərbaycan Prezidenti bildirib ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda bp-yə göstərdiyi etimada görə minnətdarlığını bildirib.

Söhbət zamanı bp-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpaolunan enerji layihələri qeyd olunub, şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxunulub.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edilib, SOCAR-bp əməkdaşlığının perspektivləri müzakirə olunub.
İlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTOİlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTOİlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTOİlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTOİlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTOİlham Əliyev bp şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 646   Tarix: 12 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət etdi

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurm

14 oktyabr
.

Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə verəcəkdir

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə

13 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın inkişaf yolu, tarixi Zəfəri və yeni geosiyasi reallıqları

2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən ötən 23 il ərzində Azərbaycan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət və ərazi bütövlüyünün təmin olunmas

14 oktyabr
.

Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyi

13 oktyabr
.

Laos prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib - Foto

Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Laos prezidenti burada Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önün

13 oktyabr
.

İlham Əliyev: "Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək"

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı, həmçini

13 oktyabr
.

Azərbayca və Kamboca əlaqələrini genişləndirən səfər

Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər

13 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14 oktyabr