"Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaq" - Ceyhun Məmmədov

"Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaq" - Ceyhun Məmmədovİstiqamət: azərbaycançılıq ideyasının təbliği- "Heydər Əliyev ili"
"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın inkişafında, dövlət kimi formalaşmasında çox böyük rolu olub. Biz 90-cı illərin əvvəllərini çox yaxşı xatırlayırıq. Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuşdu. Torpaqlarımız işğal olunurdu, vətəndaş müharibəsi gedirdi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması istiqamətində çox böyük xidmətləri oldu və Azərbaycanı çox ağır, mürəkkəb bir vəziyyətdən yeni bir vəziyyətə gətirib çıxartdı".

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə sülh müqaviləsinin imzalanması Azərbaycanın iqtisadi inkisafına çox müsbət təsir göstərdi.
"Həmin dövrdə əsası qoyulan siyasət nəticəsində Azərbaycan daha da inkişaf etdi. Dövlətçiliyimiz möhkəmləndi, ölkəmizin uğurları artdı. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə sülh müqaviləsinin imzalanması Azərbaycanın iqtisadi inkisafına çox müsbət təsir göstərdi. Qısa müddətdə Azərbaycanda quruculuq və abadlıq işləri həyata keçirildi. Azərbaycanda ordu quruculuğu ən yüksək səviyyədə həyata keçirildi, neft müqavilələrinin imzalanması Azərbaycanın inkişafını daha da sürətləndirdi. Azərbaycan olduğu ağır vəziyyətdən xilas ola bildi və qeyd etdiyim kimi müstəqilliyini daha da gücləndirdi, dünyada nüfuzu daha da artdı.Sonrakı dövrdə prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirdi. Həmin siyasət nəticəsində biz qısa vaxtda torpaqlarımızı azad etdik, müstəqilliyimizi daha da gücləndirdik, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır, bu gün Azərbaycanın nefti, qazı xaricdə satılır. Ümumimilli liderin həyata keçirtdiyi siyasət nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşdüyünü və dövlətimizin bu istiqamətdə uğurlar əldə etdiyini gördük. Bu gün Azərbaycan daha da güclənir, inkişaf edir. Ulu öndər hakimiyyətə gələndən sonra Azərbaycan elminə, mədəniyyətinə, ziyalılarına diqqət və qayğı artdı.İllər keçəcək, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaq" ,- deyə deputat vurğulayıb.

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin xidmətlərini heç zaman unutmayacaq" - Ceyhun MəmmədovŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1781   Tarix: 19 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr