"Keçmiş ərim evimizə qadın alt paltarları göndərib təhqir edir"

"Keçmiş ərim evimizə qadın alt paltarları göndərib təhqir edir"Bakının Yasamal rayonunda yaşayan Nərmin Abbasəliyeva keçmiş həyat yoldaşı və onun qardaşı tərəfindən özünün və ailəsinin təhqir edildiyini bildirir.

"Qafqazinfo"ya müraciət edən N.Abbasəliyeva 9 il əvvəl Nail Həsənovdan rəsmi qaydada boşandığını bildirib.

Şikayətçi sonrakı illər ərzində həmin şəxsin onu və ailəsini rahat buraxmadığını, təhqir etdiyini iddia edib. N.Abbasəliyevə bildirib ki, sonuncu dəfə bu ilin 8 aprel tarixində axşam saatlarında keçmiş həyat yoldaşının qardaşı Tural Həsənov yaşadığı evə atasının adına qadın alt paltarları göndərməklə onları təhqir edib: "9 il əvvəl boşansam da, son 7 ildir qarşı tərəf bizə rahatlıq vermir. Keçmiş həyat yoldaşım qardaşı vasitəsilə, yəni 3-cü şəxslərdən istifadə edərək ailəmi və məni yaşadığımız ünvanda narahat edir, şərəf və ləyaqətimizə xələl gətirəcək əməllər törədir. Belə ki, alçaldıcı hərəkətlər edib biədəb köhnə qadın alt paltarını kuryer vasitəsilə evə, atamın adına göndəriblər. Həmin vaxt binanın mühafizəçiləri ayıq davranaraq kuryerin evə qalxmasına icazə verməyib, bağlamanın verilməsini istəyiblər. Bundan sonra mühafizəçi məsələdən şübhələnərək kuryeri mənzilə qədər müşayiət edib və hər şey beləcə məlum olub. Mənim əsas şikayətim bu hadisəyə düzgün hüquqi qiyməti verməyən Yasamal RPİ-nin 27-ci Polis Bölməsindəndir. Belə görünür ki, keçmiş həyat yoldaşım qardaşına mülki etibarnamə verərək istədiyini edə, bizi təhqir edə bilər?"

N.Abbasəliyeva qeyd edib ki, bağlamadan təhqiredici əşyalar çıxdıqdan sonra dərhal zəng edərək 102-yə məlumat veriblər: "Bizi 27-ci bölməyə yönləndirdilər. Kamera görüntüləri, 3-cü şəxsin təsdiqi və şəxsin öz əməlini təsdiq etməsinə baxmayaraq keçmiş həyat yoldaşım olan polis əməkdaşı Nail Həsənov vəzifəsindən sui-istifadə edərək məsələdən rahatlıqla cıxdı. Hətta bizə bildirdi ki, adamın imkanı, dayısı olanda görün nə edir?"

Şikayətçi onu da əlavə edib ki, boşandıqdan sonra qarşı tərəflə aralarında mülki mübahisə davam edib və məhkəmə çəkişməsi olub: "Bu məsələlər illərdir bitmir. Mənim şəxsi sənədlərimi, zinyət əşyalarımı oğurladılar. Əlimdəki bütün sübutlara baxmayaraq yenə arxalandıqları şəxslərin dəstəyi ilə bu işi ört-basdır etdilər. Artıq kimdəm kömək istəyəcəyimi bilmirəm. İndi evimə qədər 3-cü şəxsi göndərib məni narahat edən şəxs daha nələr edər?"

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev saytımıza açıqlamasında bildirdi ki, müraciətlə bağlı polis tərəfindən tərəflərin izahatları alınıb: "Bu, ailədaxili məsələdir. Daxil olan müraciət üzrə müvafiq polis orqanında araşdırma aparılır, tərəflərin izahatı alınıb. Qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib. Gələcəkdə ailəni narahat edən belə halların yol verilməyəcəyinə dair iltizam alınıb. Araşdırmanın nəticəsi barədə müraciət edən tərəfə məlumat verilib".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1171   Tarix: 22 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşulardan bir

4 oktyabr
.

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili

14 oktyabr
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

3 oktyabr
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

15 oktyabr
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ! Qəzadan sağ çıxdı, maşından düşəndə TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib

11 oktyabr
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

3 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr