"Bolqarıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu göstərdi"- Kamilə Əliyeva

"Bolqarıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu göstərdi"- Kamilə Əliyeva"Azərbaycandan qaz almaq istəyən Avropa dövlətlərinin sayı artmaqdadır. Bunun əsas səbəbi bir çox Avropa dövlətlərinin Azərbaycanı özlərinə dost və tərəfdaş ölkə hesab etmələridir. Təsadüfi deyil ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan arasında "Strateji Tərəfdaşlıq haqqında " Bəyannamə imzalanmışdır".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.
O qeyd edib ki, bu gün Bolqarıstanla Azərbaycan dost və strateji tərəfdaş dövlətlərdir. Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsi ilə yanaşı bir sıra sahələrdə də əməkdaşlıq edir və ölkəmizə etibarlı tərəfdaş kimi hörmət bəslənir.

"Aprelin 25-də Sofiyada 4 Avropa ölkəsi - Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu imzalandı. İmzalanma mərasimində çıxış edən Prezident cənab İlham Əliyev son illər Azərbaycan dövlətinin Avropanın enerji təhlükəsizliyində rolunun artdığını vurğuladı. Yunanıstan və Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının şaxələnməsinə böyük təkan verdi. Ötən ay Bolqarıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında iqtisadi əlaqələr ilə yanaşı siyasi münasibətlərin də yüksək səviyyədə olduğunu göstərdi. Bu gün Bolqarıstanla Azərbaycan dost və strateji tərəfdaş dövlətlərdir. Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsi ilə yanaşı bir sıra sahələrdə də əməkdaşlıq edir və ölkəmizə etibarlı tərəfdaş kimi hörmət bəslənir.
2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa Komissiyası arasında "Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanmışdır. Bu sənədə əsasən 2027-ci ilə qədər Azərbaycandan Avropaya ixrac edilən təbii qazın həcminin 2 dəfə artırılması nəzərdə tutulur. 2021-ci ildə Azərbaycandan Avropaya 8 milyard kub metr qaz ixrac edilib və bu il həcmin 12 milyard kub metrə çatdırılması nəzərdə tutulub. 2027-ci ilə qədər Azərbaycandan Avropaya 24,5 milyard kub metr qazın ixrac olunması hədəfə alınmışdır" ,- deyə deputat bildirib.

Kamilə Əliyeva həmçinin vurğulayıb ki, Azərbaycan Avropaya təbii qaz ixracı ilə yanaşı artıq 20 ildir ki, xam neft ixrac edir və ölkəmiz neft ixracında da etibarlı tərəfdaş ölkə olduğunu sübut edib.
"Bu gün Azərbaycan qazı qonşu Türkiyə və Gürcüstanla yanaşı Yunanıstan, Bolqarıstan və İtaliyaya ixrac olunur. Bu ildən Azərbaycan Rumıniyaya da qaz ixracı həyata keçirir və yaxın aylarda Macarıstan və Slovakiyaya da qaz ixrac olunacaq.
Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizi kəməri vasitəsilə ixrac olunan qaz Albaniya ərazisindən keçdiyindən Avropada tərəfdaş dövlətə çevriləcək. Yaxın vaxtlarda Azərbaycanın təbii qaz ixrac etdiyi dövlətlərin sayı 6-dan 10-a yüksələcək və gələcəkdə bu ölkələrin sayı artacaq.
Azərbaycan Avropaya təbii qaz ixracı ilə yanaşı artıq 20 ildir ki, xam neft ixrac edir və ölkəmiz neft ixracında da etibarlı tərəfdaş ölkə olduğunu sübut edib. Bununla yanaşı bərpaolunan enerji sahəsində də Azərbaycanda böyük layihələr həyata keçirilir. Ölkəmizdə külək və günəş enerjisi stansiyalarının inşa edilməsi istiqamətində işlər aparılır. Yaxın gələcəkdə Azərbaycandan Avropaya yaşıl enerji ixracının da həyata keçirilməsi üçün hazırlıq davam etdirilir. Bu gün Azərbaycanın sayəsində Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi "Avropanın enerji xəritəsi yenidən cızılır" ,- deyə Kamilə Əliyeva əlavə edib.

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 901   Tarix: 28 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr