Ərdoğandan seçki ilə bağlı daha bir açıqlama
Tariximizin ən mühüm seçkisi olan 14 maydan Allahın izni ilə yenə qələbə ilə çıxacağıq.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Tvitter hesabında yazıb.
Prezident bu seçkilərdə həmçinin, 85 milyonluq xalqın hər bir üzvünün qalib gələcəyini qeyd edib:
"81 vilayətimizin hamısı qalib gələcək. Türklər, kürdlər, ərəblər, sünnilər, ələvilər ilə birlikdə cəmiyyətimizin bütün təbəqələri və Türkiyənin bütün rəngləri qalib gələcək.
Bununla yanaşı, xristianlar, yəhudilər və aysorlar də daxil olmaqla, müxtəlif dinlərə mənsub olan bütün vətəndaşlarımız qalib gələcək.
AKP və Cümhur İttifaqı qədər CHP, İYİ Partiya, Səadət Partiyası və digər partiyalara könül vermiş vətəndaşlarımız da qalib gələcək.
Millətimizlə birlikdə "Daha ədalətli dünya mümkündür" çağırışımıza qulaq asan Asiya və Afrikadakı yüz milyonlarla insan qalib gələcək.
Ay-ulduzlu qırmızı bayrağımızı görəndə rahatlıq tapan, özünü təhlükəsiz hiss edən soydaşlarımız qalib gələcək.
Ölkəmizdə və bütün dünyada Türkiyənin uğuru üçün dua edənlər qazanacaq.
Yəni etnik mənşəyindən, məzhəbindən, dünyagörüşündən asılı olmayaraq, bütün Türkiyə qalib gələcək. 14 may inşallah hamımızın bayramı, qürur günü, türk demokratiyasının bayramı olacaq. Bu səbəbdən heç kim bədbin olmamalı, heç kim özünü kənarda hiss etməməlidir. Heç kim ölkəmizin parlaq və firavan gələcəyinə inamını heç vaxt itirməməlidir. Bu torpaqda birliyimizin, həmrəyliyimizin, min illik qardaşlığımızın qayğısına qalaq. Söhbətimizi gücləndirək, inciklikləri aradan qaldıraq və daha bir qəlbdə yer alaq. Allahın izni ilə davamı olacaq. Allah qardaşlığımızı daimi etsin".
Axar.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1089 Tarix: 06 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rus ordusu Annopolyeni işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
8 oktyabrCənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabrTramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib
ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf
8 oktyabr25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrMakron istefa verdi
Fransa Prezidenti Emmanuel Makron istefa verib. xarici mediaya istinadən xəbər verir ki, Fransada son günlər baş verən kütləvi etirazlar fonunda Emmanuel Makronun istefa verdiyi bildirilir
9 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabr