"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində sistemdə yaranan problemin səbəbi açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur, fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir:
"İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir.
Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür.
Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır.
Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".
12:16
Pasiyentlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bir neçə tibb müəssisəsində sistemin işləməməsindən şikayətçidirlər.
Oxu.Az-ın qaynar xəttinə müraciət edən Bakı şəhər sakinlərinin sözlərinə görə, 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sistemi üç gündür işləmir.
Onlar bildiriblər ki, sistemin işləməməsi səbəbindən qeydiyyat bölməsində sıxlıq yaranır:
"Üç gündür sistem işləmir. İşə arayış təqdim etməliyəm. Hər gün gedirəm, sistem işləmir deyə arayış ala bilmirəm. Buna görə klinikada insan sıxlığı yaranır".
Həmçinin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan da bildirilib ki, qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır:
"Elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb.
Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2915 Tarix: 08 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR
Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl
22 noyabrBu bölgəmizdə doğum səviyyəsi yüksəkdir
Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64043 doğulan körpə qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 9,4-də
20 noyabrXarici vətəndaşlıq hərbi xidmətdən azad etmir - VACİB AÇIQLAMA
Xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına rəsmi qaydada xitam verilməyən şəxslər ölkəmizdə hərbi xidmət öhdəliyindən azad olunmurlar. Qanunvericiliyə əsasən, belə şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər. Bu zaman onların xarici ölkədə hərb
20 noyabrJurnalistlər üçün müsabiqə elan edildi
Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib. xəbər verir ki, bu barədə Şura məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib. portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir. Jurnalist müsabiqənin elan olunduğu günədək so
20 noyabr500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatır və onun daha 3 il uzadılması təklif olunur. Deputat Vüqar Bayramov Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı bu təkliflə çıxış edib. Deputat bildirib ki
22 noyabr"İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində üzləşdiyi ciddi problemlər səbəbindən İsraildə ağır əməliyyatlar keçirdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə P.Bülbüloğlu Təl-Əvivdə fəaliyyət göstərən "Sheinkin40" adlı yutub kanalına müsahibəsində danışıb
22 noyabrBadamdar sakinlərinə XƏBƏRDARLIQ - Evlərini tərk etmək tövsiyə olundu
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə səbəbindən əhaliyə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub. Bu barədə "Report"un sorğusuna cavab olaraq Səbail İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, son günlər yağan intensiv yağışlar nəticəsində sözügedən ünvand
20 noyabrKupçasız ev alanlar pullarını və əmlakı itirə bilər? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda çıxarışı olmayan evlərin alqı-satqısı zamanı vətəndaşlar bir sıra hüquqi problemlərlə üzləşə bilərlər. Belə əmlaklar bəzən daha ucuz qiymətə təklif olunsa da, alıcı ödədiyi vəsaitə baxmayaraq, mülkiyyət hüququnu öz adına rəsmiləşdirə bilməyə bilər. Həmçinin evin qanunsuz tikilməsi, torpa
20 noyabrBakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər
Azərbaycanda tikinti sektorunda 6,8 faizlik azalma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumun məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisəd
22 noyabr