Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR

Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLARMilyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, o, vurulmuş zərərin ona aid olan hissədə 70 000 000 manatdan çox vəsaiti dövlət büdcəsinə ödədiyini bildirib.

Naxçıvan MR Ali Məhkəməsi Hicran Rüstəmovun müraciətini təmin etməyərək, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Həmin hökmə əsasən, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirləndirilən sabiq komitə sədri 12 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona 4 il 6 ay sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunub.

Xitab24.az Hicran Rüstəmovun iştirak etdiyi mənimsəmənin detallarını da əldə edib.

Məlum olub ki, o, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində işləyərkən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talayıb.

Söhbət ümumilikdə 245.126.590,00 (!) milyon dövlət vəsaitindən gedir! Hicran Rüstəmov bu mənimsəməyə vəzifədə olduğu cəmi 4 il ərzində "nail olub".

Siyahı çox geniş olduğundan, sadəcə, yüksək məbləğ təşkil edən talama cinayətlərini qeyd edirik:

1) Culfa-Ordubad avtomobil yolunda həyata keçirilən tikinti işlərinə görə dövlət büdcəsindən ayrılmış 64.524.656,0 manat pul vəsaitindən 22.296.465,0 manat,

2) Naxçıvan-Culfa-Ordubad yolunda dəmir yol körpüsünün tikintisinə görə ayrılmış 924.574,0 manat pul vəsaitindən 806.861,0 manat,

3) Naxçıvan-Şərur avtomobil yolunda asfalt işlərinə görə ayrılmış 1.550.000,0 manat pul vəsaitindən 1.550.000.0 manat,

4) Naxçıvan şəhər Məscidinin tikintisinə görə ayrılmış 24.718.962,0 manat pul vəsaitindən 3.627.950,0 manat,

5) Naxçıvan şəhəri, Təbriz mehmanxanasının ətrafında abadlıq işlərinə görə ayrılmış 723.482,0 manat pul vəsaitindən 723.482,0 manat,

6) Süni mayalanma mərkəzinin tikintisinə görə ayrılmış 5.795.339,0 manat pul vəsaitindən 2.243.145,0 manat,

7) Sədərək gömrük keçid məntəqəsinin tikintisinə görə ayrılmış 48.782.010,0 manat pul vəsaitindən 14.654.206,0 manat,

8) Naxçıvan şəhəri, Əlincə məhəlləsi, A saylı binanın təmirinə görə ayrılmış 719.098,0 manat pul vəsaitindən 217.351,0 manat,

9) Kəngərli rayonu, Qarabağlar kəndində su xəttinin çəkilməsinə görə ayrılmış 5.074.317,0 manat pul vəsaitindən 2.134.778,0 manat,

10) Kəngərli rayonu, Xok kəndində su xəttinin çəkilməsinə görə ayrılmış 3.253.102,0 manat pul vəsaitindən 1.571.147,0 manat,

11) Naxçıvan şəhər Adil Babayev adına Uşaq Kitabxanası binasının tikintisinə görə ayrılmış 1.933.326,0 pul vəsaitindən 376.425,0 manat,

12) Yeni Havuş və Xətai kəndlərində 120 şagirdlik məktəb binasının tikinti-quraşdırma işlərinə görə ayrılmış 1.279.371 manat pul vəsaitindən 329.754 manat,

13) Şərur rayonu, Həmzəli-Axura avtomobil yolunun yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 1.765.757 manat pul vəsaitindən 137.174 manat,

14) Babək rayonu, Vayxır kəndində 378 şagirdlik tam orta məktəb binasının yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 1.718.595 manat pul vəsaitindən 127.208 manat,

15) Sirab kəndində 960 şagirdlik məktəb binasının tikintisi işlərinin görülməsinə görə ayrılmış 3.948.523 manat pul vəsaitindən 462.451 manat,

16) Kəngərli rayonunun Xok kəndində 1022 şagirdlik tam orta məktəb binasında təmir işlərinin görülməsinə görə ayrılmış 3.437.805 manat pul vəsaitindən 456.418 manat,

17) Kəngərli rayonunun Qabıllı kəndində Quşçuluq Fermasının yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 2.916.712 manat pul vəsaitindən 261.584 manat,

18) Dizə kəndində 216 şagirdlik tam orta məktəb binasının tikintisi işlərinin görülməsinə görə ayrılmış 1.463.269 manat pul vəsaitindən 371.846 manat,

19) Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi işlərinin görülməsinə görə ayrılmış 1.213.591 manat pul vəsaitindən 112.138 manat,

20) Culfa rayon Rabitə evinin yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 1.453.742 manat pul vəsaitindən 339.394 manat və s.

Bundan başqa, Hicran Rüstəmov dövlət qulluqçusu olmayan şəxslərə qanunsuz olaraq əmək haqqı, mükafat, maddi yardım və digər əlavə müavinətlərin əsassız və qanunsuz olaraq ödənilməsini təmin etməklə dövlət büdcəsinə məxsus, ona etibar edilmiş külli miqdar hesab edilən 125.387,68 manat vəsaiti də təkrar talayıb.

Qeyd edək ki, sözügedən cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılıb.

Onu da əlavə edək ki, Hicran Rüstəmov vəzifəyə Ali Məclisin sabiq sədri Vasif Talıbiv tərəfindən təyin edilmişdi. Vasif Talıbovun vəzifədən ayrılmasından sonra mənimsəmə ittihamı ilə həbs edilən bir sıra məmurlar məhkəmə poroseslərində taladıqları vəsaitləri Talıbovlar ailəsinə - xüsusən də Seymur Talıbova verdiklərini ifadələrində bildiriblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 209   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AzTV 1 milyon manatlıq nə alır?

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən televiziya avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı tender elan edilib. -ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 188 min manat təşkil edir. Satınalma çərçivəsind

6 oktyabr
.

Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb

"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda

6 oktyabr
.

Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda mənzil almaq istəyənlər üçün əsas suallardan biri yalnız qiymətin nə qədər olması deyil, hansı ərazidən ev almağın daha sərfəli olmasıdır. Eyni büdcə ilə şəhərin müxtəlif ərazilərində həm mənzilin sahəsi, həm nəqliyyat imkanları, həm də gələcəkdə həmin əmlakın dəyərinin artması baxımından cidd

8 oktyabr
.

Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər

Fərdi yaşayış evlərinin tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması həm tikinti prosesində işçilərin həyat və sağlamlığı üçün, həm də sonradan evdə yaşayan insanların təhlükəsizliyi üçün ciddi risklər yarada bilər. Xüsusilə bünövrə və daşıyıcı konstruksiyaların düzgün qurulmaması, elektri

7 oktyabr
.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?

Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl

6 oktyabr
.

Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə...

Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur. -in məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən bununla bağlı satınalma prosesi həyata keçirilir. İşlər üçün ehtimal oluna

7 oktyabr
.

Sabah intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricə

6 oktyabr
.

"Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb" - Misir Mərdanov

"Elə bir ölkə yoxdur ki, onun təhsil sahəsində problemi olmasın. Mən işləyən dövrdə də olub, bu gün də var, gələcəkdə də olacaq. Ancaq fikrimcə, təhsildə ən ciddi problemlərdən biri müəllimlərin əməkhaqqı məsələsi idi". Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində keçmiş təhsi

6 oktyabr