ABŞ və Qərb Qarabağa görə İrəvana təzyiq göstərir ki... - Xaçikyan
"Birləşmiş Ştatlar bəzi təkliflər verəcək, Ermənistana müəyyən təzyiqlər göstərəcək. Bu barədə "Wall Street Journal" qəzeti yazıb. Aydındır ki, onlar ermənilərə təzyiq göstərəcək ki, Qarabağı Azərbaycanın tərkibində qalmasına razı salsınlar. Sonra isə növbə rus sülhməramlılarının çıxarılmasına və Rusiya hərbi bazasının bağlanmasına gələcək".
Bunu erməni siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
O bildirib ki, Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı Qərbin təkliflərinin olmaması İrəvanın diplomatiyasının uğursuzluğunun əlaməti sayıla bilər: "Ancaq bəzi məlumatlara görə, Ermənistana aydın təkliflər təqdim olunub və indi danışıqlarda etnik azlıqların hüquqları müzakirə olunur, yəni Qarabağın Azərbaycana verilməsindən (qaytarılmasından) söhbət gedir".
Ötən gün Nikol Paşinyan parlamenti əmin edib ki, Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı Qərbdən heç bir təklif daxil olmayıb.
"Təkliflərin olmamasından danışmaq absurddur. Bu cür bəyanatlar rasional deyil, onlara münasibət bildirmək də mümkün deyil. Təbii ki, Ermənistan və Azərbaycan danışıqlar aparır və təbii ki, təkliflər var. Onlar bu barədə danışmaq istəmirlər. Lakin Qarabağın təslim olması (qaytarılması) ilə bağlı danışıqların getdiyi göz qabağındadır", - o deyib.
Xaçikyan bildirib ki, həm Moskva, həm də Vaşinqton üçün Azərbaycan nefti və qazı ilə Ermənistandan daha çox çəkiyə malik olduğundan, Türkiyənin hərbi-strateji potensialı onlar üçün əhəmiyyət kəsb edir.
Ölkə.Az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1055 Tarix: 06 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rus ordusu Annopolyeni işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
8 oktyabrCənubi Koreya Ukraynadan səfirini geri çağırır
Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so
8 oktyabrTramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib
ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf
8 oktyabr25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrMakron istefa verdi
Fransa Prezidenti Emmanuel Makron istefa verib. xarici mediaya istinadən xəbər verir ki, Fransada son günlər baş verən kütləvi etirazlar fonunda Emmanuel Makronun istefa verdiyi bildirilir
9 oktyabrİran və Oman razılığa gəliblər
Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm
8 oktyabr