Kiyev təslim olur, yoxsa yeni hücuma hazırlaşır?

Kiyev təslim olur, yoxsa yeni hücuma hazırlaşır?"Kremlə pilotsuz təyyarə hücumundan sonra Kiyev rejiminin nümayəndələri ilə danışıqlar yalnız Ukraynanın təslim olmasından sonra mümkündür".

Bunu Rusiya ilə münaqişə dövründə Ukraynanın Kremlə dron hücumunun münasibətlərə təsirindən danışan rusiyalı hərbi analitik Dmitri Drozdenko deyib.

O, bildirib ki, Ukraynanın təslim olması danışıqların başlayacağı deməkdir:

"Ukrayna şərt irəli sürmədən danışıqlara başlamaq olar. Tərəflərin tezliklə danışıqlar masasına əyləşəcəklərinə inanıram. Əlavə olaraq isə, danışıqlar bizim şərtlərimizlə keçiriləcək. Danışıqlarla bağlı qərarı Vladimir Putinin başçılıq etdiyi Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi verəcək.

Kremlə dronlarla hücumla Ukrayna həddini aşdı. Rusiya nə hökumət binalarına, nə də Ukrayna Prezidenti Vladimir Zelenskinin iqamətgahına zərbələr endirməyib. Düşmənin dövlətin birinci şəxsinə və Rusiyanın mərkəzinə hücumu Ukraynanın həddini aşdığından xəbər verir".

Hərbi ekspert Andrey Maroçko isə açıqlamasında bildirib ki, Kiyevin elan etdiyi Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlaması üçün iki həftə deyil, daha az zaman kifayət edir:

"Çünki indi çöldə 23 dərəcə isti və külək var. Bu da torpağın tez qurumasına səbəb olur.

Ona görə də Ukrayna komandanlığı çox gözləməyə bilər. Əks-hücum qaçınılmazdır. Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatını ləngitməyə davam edərsə, silah-sursat istehlakı ilə ayaqlaşa bilməyəcək.

Bunları nəzərə alaraq, danışıq şərtlərini 1 həftə müddətinə çəkmək lazımdır. İki həftə sonra əks-hücumla qarşılaşa bilərik".

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.

Yenicag.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1461   Tarix: 06 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so

8 oktyabr
.

The Guardian: "Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum etdiklərini iddia edirlər"

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı hava limanına hücum etdiklərini iddia ediblər. Bununla yanaşı, aviaşirkətlər təhlükəsizlik narahatlıqları fonunda Səudiyyə Ərəbistanının paytaxtına uçuşları dayandırmağa başlayıblar. The Guardian-a istinadən xəbər verir ki

9 oktyabr
.

Tramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf

8 oktyabr
.

Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir. "Report"u

9 oktyabr
.

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl

7 oktyabr
.

Makron istefa verdi

Fransa Prezidenti Emmanuel Makron istefa verib. xarici mediaya istinadən xəbər verir ki, Fransada son günlər baş verən kütləvi etirazlar fonunda Emmanuel Makronun istefa verdiyi bildirilir

9 oktyabr
.

İran və Oman razılığa gəliblər

Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm

8 oktyabr
.

Uitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə yeni sülh planını müzakirə edəcək

Bu gün ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun müşaviri Cared Kuşner Ukrayna nümayəndə heyəti ilə müharibənin başa çatdırılmasına dair yeni planı müzakirə edəcəklər. Bu barədə NBC News ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən yüksəkvəzifəli nümayəndəsinə istinadə

9 oktyabr