Ərdoğan: "Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına malik 10 ölkədən birinə çevirənə qədər çalışacağıq"

Ərdoğan: "Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına malik 10 ölkədən birinə çevirənə qədər çalışacağıq""Uğurlarımızda siyasi baxışından, məzhəbindən, milliyətindən asılı olmayaraq, ölkəsini hər şeydən üstün tutan bütün vətəndaşlarımızın əməyi var".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri Cümhuriyyət meydanında keçirilən mitinqdə xalqa müraciəti zamanı deyib.

Ərdoğan son 20 ildə əldə edilən nailiyyətlər barədə danışıb.

"Son 20 ildə Türkiyəyə birlikdə xidmət etdik. Əvvəllər ağlagəlməyən çoxlu layihələri reallaşdırdıq, gözəl işlər ərsəyə gətirdik.

Hətta zəlzələyə baxmayaraq, təqaüdçülərini, işçilərini, məmurlarını inflyasiyaya əzdirməyən Türkiyə varsa, buna sizlərlə birlikdə, çiyin-çiyinə dayanaraq nail olduq.

Bu uğurda siyasi baxışından, məzhəbindən, milliyətindən asılı olmayaraq, ölkəsini hər şeydən üstün tutan bütün vətəndaşlarımızın əməyi var. Bu uğurda son 21 ildə dualarını, dəstəyini əsirgəməyən bütün bacı-qardaşlarımızın payı var. Bu uğur təkcə bizim deyil, bütün 85 milyon insanın uğurudur. İnşallah, mayın 14-dən etibarən bunlara yenilərini əlavə edəcəyik. Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına malik 10 ölkədən biri edənə qədər dayanmadan çalışacağıq. Biz bunu son 21 ildə etdiyimiz kimi birlikdə edəcəyik", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Türkiyə prezidenti gənclərin rifahı ilə bağlı atılan addımlardan da bəhs edib.

"Biz gənclərimizi həqiqətən sevməyin necə ola biləcəyini göstərdik. Gənclərimizin təhsilindən işlə təmin olunmalarına, öz işlərini qurmalarından evliliklərinə qədər qrant və kreditlərlə hər addımlarında yanlarında olacağıq", - deyə Ərdoğan bildirib.

"Artıq Avropadan da yaxşı səhiyyə sisteminə, sosial təminat sisteminə, rəqəmsal infrastruktura, elektron hökumətə malikik. Artıq öz sahəsində dünyanın ən qabaqcıl texnologiyaları ilə təchiz edilmiş İHA, SİHA, "Akıncı"lara, "Kızılelma"lara və ANKA-lara sahibik.

Donanmamızın flaqmanı olan "TCG Anadolu" gəmisini ordumuza təslim etdik.

Artıq rəsmi olaraq nüvə enerjisinə sahib olan ölkələr liqasına yüksəlmişik.

Biz ölkəmizin bütün bu imkanlarını günü-gündən təkmilləşdiririk", - deyə Ərdoğan vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 864   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrail HƏMAS komandirlərini öldürdü

İsrail ordusu HƏMAS-ın bölük komandiri Məhəmməd Acanı və Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, həmin şəxslər hərbi heyətə hücumlar həyata keçirib və təşkilatlarını

9 oktyabr
.

Pentaqon İrana qarşı mümkün hücumlar planı hazırlayır

"The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İran hədəflərinə zərbə endirmək üçün variantlar hazırlamağı tapşırıb. xəbər verir ki, jurnalın mənbələrinə görə, Ağ Ev Pentaqondan ar

8 oktyabr
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

9 oktyabr
.

Rubio: Bu tarixdə İranda böyük fəlakət olacaq

Neft gəlirlərinin dayandırılması səbəbindən İran qarşıdakı həftələrdə görünməmiş iqtisadi böhranla üzləşəcək. -a istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, Tehran sonda mövcud vəziyyəti qorumaqla inqilab arasında seçim etməli olacaq. "Amerikanın İran

9 oktyabr
.

Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib

Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb. "Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "A

9 oktyabr
.

Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir. "Report"u

9 oktyabr
.

Tramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf

8 oktyabr
.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr
.

Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"

7 oktyabr