"Nemezis" qələti İrəvanın başında çatlayacaq! - Sülh istəməyən Ermənistan yenə müharibə alacaq

"Nemezis" qələti İrəvanın başında çatlayacaq! - Sülh istəməyən Ermənistan yenə müharibə alacaqKapitulyant tərəfin ağlını başına yığmaq zamanı çatıb; Bakı və Ankaradan daha heç bir güzəşt olmayacaq; Paşinyan isə hələ də "möcüzə"yə ümid edir...

Vaşinqtonda Azərbaycan-Ermənistan danışıqları fonunda baş nazir Nikol Paşinyan yenə "sülhpərvər çuxası" geyib "sülh göyərçini" kimi görünməyə uğursuz cəhdlər elədi. Real sülhə və barışığa faktiki dəxli olmayan açıqlamalar verdi, söz oynatdı, "nala-mıxa" vurdu.

"Ermənistan bəyan etməlidir ki, onun qonşu ölkələrə qarşı ərazi iddiası yoxdur və olmayacaq".

Bu barədə o, parlamentdəki son çıxışı zamanı bildirib.

"Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikasının nəinki ərazi iddiası yoxdur, hətta olmayacaq da. Əks halda, dörd tərəfdən bizim dövlətçiliyimizə son qoymaq üçün hər şeyi edəcəklər", - deyə o bəyan edib və vurğulayıb ki, "yalnız Cənubi Qafqazda hərtərəfli sülh Ermənistanın təhlükəsizliyini təmin edə bilər".

Paşinyan ardınca hətta sülh müqaviləsinin çox da uzaqda olmadığı təsəvvürünü yaratmağa çalışaraq, "iyunun 1-də, Kişinyovda Azərbaycanla sülh müqaviləsi imzalansa, çox sevinərəm", - deyib.

Ermənistan qonşu dövlətlərin ərazisinə iddia etməməlidir" deyən Paşinyan, İrəvanın mərkəzində "Nemezis"ə həsr olunmuş abidənin açılışına şərait yaradır"- "Caliber"

O zaman İrəvan nəyi gözləyir, niyə buna səmimi şəkildə can atmır və Bakının təklif elədiyi, beynəlxalq hüquqa söykənən 5 baza prinsipi əsasında sülh sənədindən üç ildir yayınır? Nəhayət, nə üçün "A"dan sonra "B" - "Qarabağ Azərbaycan ərazisidir və nöqtə" söyləmir, əgər həqiqətən Ermənistan ərazi bütövlüyümüzü tanıyırsa?

Paşinyanla eyni fikri Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 4-də Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sammitində söyləyib: "Bizim qonşularımıza heç bir ərazi tələbimiz yoxdur və qonşularımızın da bu prinsipə əməl etmələrini gözləyirik".

Yəni yenə həmənki oyunbazlıq və həyasızlıq. Guya hansısa qonşunun Ermənistana qarşı ərazi iddiası var. Halbuki konstitusiyasından tutmuş, gerbinədək torpaq iddiası məhz kapitulyant ölkədə mövcuddur və bu hətta rəsmiləşib!

Dünən heç bir sənəd imzalanmadan başa çatan Vaşinqton danışıqları da ("bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalır") bir daha göstərdi ki, İrəvan rəsmilərinin sözü ilə əməli həmişəki kimi ziddiyyət təşkil edir. Gerçək belədir ki, hər dəfə tərəflər sülh anlaşmasına yaxınlaşanda İrəvan bir bəhanə ilə ondan yayınır, "aradan çıxır". Ta ki, Ermənistana ABŞ və ya Rusiya tərəfdən ciddi təzyiqlər olmayınca. Əks halda, Azərbaycan məqbul bildiyi yolla gedəcək.

*****

Rusiyanın Güney Qafqazla bağlı hərbi-siyasi hədəfləri bəlli. Moskvanın Azərbaycana sərf edən sülh müqaviləsi naminə Ermənistana təzyiq edəcəyini gözləmək absurd olardı. Bəs ABŞ?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Vaşinqton danışıqlarının nəticə verib-verməməsindən asılı olmayaraq artıq bəllidir ki, ABŞ-ın Qarabağla bağlı strateji mövqeyi Azərbaycanın mövqeyinə yaxındır. Bunu o, belə əsaslandırır: "Bundan öncə, yəni Rusiyanın vasitəçiliyi ilə 10 noyabr bəyanatının imzalanmasında da "Dağlıq Qarabağ" danışıqlar tərəfi kimi tanınmırdı. Artıq ABŞ da Qarabağdakı erməniləri, sadəcə, "milli azlıq" adlandırmaqla öz tərəfindən belə bir konsepsiyaya dəstək verdi. Biz də eyni əsaslarla qeyd edirik ki, artıq "Dağlıq Qarabağ" deyilən bir anlayış, bir subyekt yoxdur, sadəcə, Azərbaycanın Qarabağ ərazisi və orada milli azlıq kimi yaşayan ermənilər var, biz də onlara vətəndaşlıq verməyə və digər vətəndaşlar kimi onlar üçün də eyni hüquqları təmin etməyə hazırıq. Əsas nəticə budur".

Bu səbəbə eks-nazir Rusiyanın danışıqlara mane olmaq cəhdlərini mənasız sayır: "Moskva ilə Vaşinqton arasında bu məsələdə də daim rəqabət olub və yenə olacaq. Onsuz da hələ Vaşinqtondakı danışıqlarla məsələ bitmir".

Ermənistandan Azərbaycana qarşı təxribat olacaq - T.Zülfüqarov AÇIQLADI

T.Zülfüqarov həmçinin vurğulayıb ki, Ermənistanda bəzi dairələrin Vaşinqton danışıqlarına etirazları məhz Moskva tərəfindən qızışdırılır və istifadə olunur.

Lakin bu da var ki, sülh ilk növbədə Ermənistan və onun xalqına lazımdır, Rusiyaya, ruslara yox. Məgər XXI əsrdə (!) İrəvanın mərkəzində "Nemezis" terror qruplaşmasının üzvlərinə abidə qoyub onları qəhrəmanlaşdıran Rusiyadır? Əlbəttə, yox.

Həmin üzdəniraq abidənin açılışında Paşinyan komandasının üzvləri (İrəvan meri və s.) radikal-revanşist müxalifətin nümayəndələri və daşnaklarla yanaşı durubsa, Nikoln sülh bayatlarının anlamı qalırmı? Ümumiyyətlə, abidə hökumətin izni olmadan mümkün idimi? Yenə yox. O zaman Azərbaycan və Türkiyə ilə yaxınlaşmaqdan dəm vurmaq hara, belə təxribata getmək hara?

Təsadüfi deyil ki, Türkiyə bu avantüraya cavab olaraq, dərhal öz hava məkanını Ermənistan mülki təyyarələri üçün bağladı - ilk addım kimi. Xarici işlər naziri Mövlud Çavuşoğlu sərt tonda bildirdi ki, İrəvan özünü yaxşı aparmasa, davamı da gələcək.

*****

"Ermənistan faktiki olaraq bu hərəkətlə öz dövlətinin varlığını təhlükəyə atır. Digər ölkələrdən fərqli olaraq Ermənistan Türkiyə və Azərbaycanla qonşudur, eyni zamanda kiçik bir dövlətdir, ordusu, iqtisadiyyatı zəifdir, imkanları məhduddur. Sadəcə, diaspora və xarici dövlətlərə güvənərək bölgədə yaşamaq olmaz, bunun üçün öz daxili, iqtisadi siyasətin olmalıdır".

Bunu Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl Musavat.com-a söyləyib.

"Amma gördüyümüz kimi, Ermənistan bütün məsələlərdə ancaq xaricə bağlıdır. Kənardan sərmayə gəlmədikdə ciddi şəkildə sıxıntı yaşayır. Bugünkü geosiyasi problemlər qarşısında Ermənistanın vəziyyəti getdikcə ağırlaşa bilər", - politoloq bildirib.

Onun sözlərinə görə, əlaqələrin normallaşmasına öncəliklə Ermənistanın ehtiyacı var: "Həm iqtisadi baxımdan, həm də qonşuluqda böyük güc olaraq Türkiyə hər zaman Ermənistan üzərində istəsə də, istəməsə də öz ağırlığını qoyacaq. Bunu erməni tərəfi yaxşı bilir. Ermənistan Azərbaycanla da sülh müqaviləsi məsələsini uzadır. Bu da onun əleyhinədir. Türkiyə hər dəfə bildirir ki, Azərbaycanla münasibətlər düzəlməsə, Türkiyə ilə də əlaqələr düzəlməyəcək. Hesab edirəm ki, Ermənistan ağlını başına yığaraq hər iki ölkə ilə əlaqələri düzəltsə, yaxşı olar. Bu, ən əvvəl onun özü üçün vacibdir".

Ermənistan isə əfsus ki, hələ də ağlını başına yığana oxşamır. Buna srağagün Praqada səfərdə olan Nikol Paşinyanın Azərbaycan əleyhinə səsləndirdiyi növbəti absurd ittihamlar və hədyanlar şübhə saxlamadı. Sual yaranır: Azərbaycanla sülh sənədi imzalamaq istəməyin nədir, bizim daxili işlərimizə qarışmağın, Avropadan Azərbaycanı etnik təmizləmədə suçlamağın nə?

"Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq".

Bu xəbərdarlığı isə İrəvana Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən dördüncü beynəlxalq konfransda çıxışında edib.

"Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, keçmiş Minsk Qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər", - deyə dövlət başçısı vurğulayıb.

Həmin taktikadan istifadənin erməni xalqına hansı bəlaları gətirdiyi isə 3 ildir ortada...

"Yeni Müsavat"


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1059   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsrail HƏMAS komandirlərini öldürdü

İsrail ordusu HƏMAS-ın bölük komandiri Məhəmməd Acanı və Qəzza şəhərində "İslami Cihad"ın hərbi qanadının raket bölməsinin komandiri Vəlid Həsən Əbu Əl-Atanı öldürüb. xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb. Məlumata görə, həmin şəxslər hərbi heyətə hücumlar həyata keçirib və təşkilatlarını

9 oktyabr
.

Pentaqon İrana qarşı mümkün hücumlar planı hazırlayır

"The Atlantic" məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Pentaqona ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl İran hədəflərinə zərbə endirmək üçün variantlar hazırlamağı tapşırıb. xəbər verir ki, jurnalın mənbələrinə görə, Ağ Ev Pentaqondan ar

8 oktyabr
.

Dünyanın ən çirkli havaya sahib şəhəri bəlli oldu

Dünyanın ən zəngin şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların yaratdığı sıx və zəhərli tüstü səbəbindən dünyanın havası ən çirkli şəhərləri siyahısında birinci yerə yüksəlib. Qaynarinfo xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarından yayılan zəhərli tüstü avqus

9 oktyabr
.

Rubio: Bu tarixdə İranda böyük fəlakət olacaq

Neft gəlirlərinin dayandırılması səbəbindən İran qarşıdakı həftələrdə görünməmiş iqtisadi böhranla üzləşəcək. -a istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, Tehran sonda mövcud vəziyyəti qorumaqla inqilab arasında seçim etməli olacaq. "Amerikanın İran

9 oktyabr
.

Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib

Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb. "Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "A

9 oktyabr
.

Aİ rusiyalılara qarşı viza yoxlamalarını gücləndirmək və sanksiyaları artırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) viza üçün müraciət edən Rusiya vətəndaşlarının yoxlanılmasını, o cümlədən müraciət edənlərin hərbi keçmişinin yoxlanışını sərtləşdirmək, eləcə də Rusiya fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahılarını "misli görünməmiş" şəkildə genişləndirmək niyyətindədir. "Report"u

9 oktyabr
.

Tramp Vitkoffun İran məsələsinin həlli üzərində işlədiyini bildirib

ABŞ prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun İran böhranının həlli üçün fəal şəkildə çalışdığını açıqlayıb. xəbər verir ki, Tramp Texasda keçirilən seçki kampaniyası mitinqində çıxış edərkən bildirib ki, "O, İranla razılaşma üzərində işləyir". Onun sözlərinə görə, İran tərəf

8 oktyabr
.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr
.

Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"

7 oktyabr