Əgər söhbət Heydər Əliyevdən gedirsə...

Əgər söhbət Heydər Əliyevdən gedirsə...Biz öz doğmalarımızı, illah da həyatımızda dərin izlərini buraxaraq bizə doğru yol göstərmiş şəxsiyyətləri, həyatda əldə etdiyimiz bütün uğurlarımıza görə minnətdar olduğumuz parlaq simaları nə zaman xatırlayırıq? Yalnız doğum və anım günlərindəmi? Əsla! Onlar hər zaman bizimlədirlər. Onlar bizim düşüncələrimizdə, genetik yaddaşımızda elə möhkəmləniblər ki, hətta həyatda olmasalar belə yenə zəkamızı nurlandırırlar. Biz onların göstərdikləri doğru yolla inamla irəlilədikcə əbədi minnətdarlıq hissi qəlbimizi tərk etmir.

Tanınmış aparıcı-jurnalist Lalə Azərtaş Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı yazdığı və AZƏRTAC-a təqdim etdiyi məqalə bu sözlərlə başlayır. Ümummilli Lider haqqında xatirələrini qələmə alan jurnalist yazır:

"Bizə doğru yolu nişan vermiş parlaq simalar əldə etdiyimiz bütün uğurların müəllifləridir və onları yada salmaq bir qədirbilənlik duyğusudur. Onlar bünövrədir, dayaqdır, istinad yerimizdir, onlar yaddaşımızın ən önəmli guşəsində dayanırlar. Biz hər dəfə yaddaşımıza boylandıqca onları xatırlayırıq, onlarsız uğurlarla dolu bu qədər yolu qət edəcəyimiz inanılmaz görünür. Əgər söhbət yalnız bir fərdin qəlbini işıqlandıran şəxsiyyətdən deyil, bütün xalqın yaddaşında əbədi həkk olmuş, ona xilas və tərəqqi yolunu göstərmiş siyasi xadimdən gedirsə, bu artıq ictimai şüurun ən yüksək mərhələsidir. Əgər söhbət xalqını tarixin ən çətin sınaqlarından şərəf və qürurla çıxarmış, müstəqil dövlətimizin memarı olan Ümummilli Liderimiz Heydər Əliyevdən gedirsə, onda hər bir vətəndaşımızın bildiyi və fərəhlə anladacağı bir uğur hekayəsi var. Çünki hər bir azərbaycanlının ürəyinə Heydər Əliyev doğmalığı hakimdir. Hər bir azərbaycanlı kimi mən də öz yaddaşıma boylanaraq Ulu Öndərimizin xatirəmdə möhkəmlənmiş dolğun obrazını bir yazıda anlatmağa çalışacağam.

... "Diqqət Heydər Əliyev danışır", - evimizdə hər kəs televizora diqqət kəsilir. SSRİ-nin mərkəzi televiziyasından Heydər Əliyevin çıxışını verirlər. Mən təzə-təzə orta məktəbə gedirəm, evdəkilərin marağı istər-istəməz mənə də sirayət edir. Efirdə göstərilən yad adamların arasından tribunada çıxış edən şəxsiyyətin müdrik siması tədricən yaddaşıma hopur, doğmalaşır.

... "Diqqət Heydər Əliyev danışır", - evimizdə yenə hər kəs televizora diqqət kəsilib. Bu dəfə yenicə müstəqilliyini bərpa etmiş ölkəmin televiziyasına baxırıq. İstiqlalını elan edən kimi qarşıdurmaların, vətəndaş müharibəsinin cənginə düşmüş Vətənimin ağır günləridir. Tribunada yenə də doğma adamı görürəm, bu dəfə qayğılı, nigaran, lakin həmişəki kimi qətiyyət və cəsarətlə. Parçalanmaq, yox olmaq təhlükəsi ilə üz-üzə dayanmış xalqım onun yolunu gözləyirdi, onun qayıdışı günü qurbanlar kəsirdi, qurtuluşuna qovuşurdu...

... "Diqqət Heydər Əliyev danışır", - bu dəfə evimizdə televizorun qarşısında deyilik, gecə yarı onun bir çağırışı ilə "Azadlıq" meydanındayıq. Bütün xalq ayaqdadır! Hamı – böyükdən kiçiyə müdrik rəhbərinin səsinə səs verərək dövlətimizi yenidən parçalamaq, məhv etmək istəyən qüvvələrə qarşı sinəsini sipər edib.

Bundan sonra yaddaşımda yer eləmiş parlaq günlərdir, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmin uğurlarıdır. "Gülüstan" Sarayı-"Əsrin Müqaviləsi" imzalanır. Ulu Öndər qurduğu dövlətin bünövrəsini möhkəmləndirən, XX əsrin siyasi tarixindən qırmızı xətt kimi keçəcək müqaviləni imzalayır.

İlk dəfə artıq bir vətəndaş kimi borcumu yerinə yetirmək üçün səsverməyə getməyim və fəxrlə öz səsimi Ulu Öndərə verdiyim gün də yaddaşımda yer etmiş, qürurla xatırladığım anların ən fərəhlisidir.

Ulu Öndər müxtəlif güclərin siyasi və iqtisadi maraqlarının toqquşduğu mürəkkəb coğrafiyada yalnız müstəqil dövlət yaratmadı, gələcək qələbələrin şahidinə çevriləcək müasir və özünüdərk etmiş yetkin bir xalq formalaşdırdı. O, hələ sovet qorxusunun hakim olduğu dövrdə üçrəngli müqəddəs bayrağı dövlət atributu kimi qəbul etdirdi. Naxçıvanda rəsmi status qazanmış bayrağımız az sonra yeni yaranmış dövlətin əbədi atributuna çevrildi. Xalqın yaddaşında Heydər Əliyev bayraq qədər doğma və müqəddəs statusa malik qurucu şəxsiyyətdir. Onun vətən tarixindəki yeri barədə mülahizə yürütmək elə vətənin özü barəsində danışmaq deməkdir. Gücünü xalqın birliyindən, həmrəyliyindən alan Heydər Əliyev ideyaları daim müasir və aktualdır.

"Mən İlham Əliyevə özüm qədər inanıram" deyən Ulu Öndər müasir Azərbaycanın memarı olmaqla yanaşı otuz ilə qədər davam etmiş işğala son qoyan müqəddəs zəfərimizin də müəllifidir. Ulu Öndərin inandığı siyasi Liderin Dəmir Yumruğu ətrafında birləşən xalq tarixi missiyasını yerinə yetirdi. Müzəffər Ali Baş Komandanımız Şuşanın azad olunması haqqında müjdəni paylaşarkən "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" söyləməklə müstəqil Azərbaycan dövlətçiliyində varislik missiyasını şərəflə yerinə yetirdiyini bəyan etmiş oldu.

Heydər Əliyevin dolğun və möhtəşəm obrazının bir Azərbaycan övladının yaddaşında yer eləmiş təəssüratı yalnız bununla bitmir. Doğma vətənimiz tarixi qələbələrə doğru irəlilədikcə bütün uğurlarımızın bünövrəsində dayanmış Heydər Əliyev ideyaları da inkişaf edir, müasirləşir və hər bir azərbaycanlının qəlbində öz əzəmətli yerini daha da möhkəmləndirmiş olur. Bu baxımdan, əgər söhbət Heydər Əliyevdən gedirsə, biz heç vaxt keçmiş zamanda danışmırıq. İnsanın öz vətəni haqqında keçmiş zamanda danışmasını təsəvvür etmək belə mümkün deyil. Qədirbilən xalqımız və dövlətimiz var olduqca Heydər Əliyev bizimlə olacaq və yaddaşımızda öz əzəmətini qorumaqda davam edəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 816   Tarix: 08 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr