Gürcüstanın Katolikos-patriarxı II İliya Azərbaycan Prezidentini təbrik edib
Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
President.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident! Zati-alinizi Gürcüstan kilsəsi adından və şəxsən öz adımdan ürəkdən salamlayıram. Sizi dünya səviyyəli tanınmış siyasət və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm.
Yüz il əvvəl Naxçıvanda anadan olmuş bu böyük insan tarixə mühüm töhfələr verdi və həmçinin Azərbaycan üçün rəmzə çevrildi. Qeyd edilməlidir ki, Heydər Əliyev titanik fəaliyyəti ilə həm sovet, həm də postsovet dövründə öz köklərini unutmurdu və hər zaman Vətəninin böyük pərəstişkarı idi. Öz xalqının ona olan dərin məhəbbəti onun ən böyük vəzifəni tərk edərək xalqın istəyi ilə Vətənə qayıtması və bütün gücünü ağır vəziyyətdə olan ölkəsinə sərf etməsindən qaynaqlanır. Məhz bu davranış onun yenidən irəliləməsinə səbəb oldu ki, bu da Azərbaycanın dirçəlməsi üçün həyata keçirilən növbəti olduqca əhəmiyyətli onillik dövrlə əlaqədardır. Buna görə də o, öz xalqı və beynəlxalq ictimaiyyət tərəfindən sevilən hörmətli şəxsiyyətə çevrildi.
Siz onun yolunu uğurla davam etdirirsiniz, cənab Prezident. Bunun nəticəsidir ki, Azərbaycan artıq son 20 ildir uğurları, quruculuğu və əmin-amanlığı ilə seçilir.
Cənab Heydər Əliyevin və cənab Eduard Şevardnadzenin fəaliyyətləri eyni dövrə təsadüf edir. Onların səmimi əlaqələri ölkələrimizin və xalqlarımızın dostluğuna səbəb olub. Bunun nəticəsidir ki, Tbilisidə, Kür çayının sağ sahilində bir mərkəzi bölməyə Heydər Əliyevin adı verildi.
Tanrıya şükürlər olsun ki, ölkələrimiz arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri yenə də davam edir. Ümid edirəm ki, hörmət və ədalətə əsaslanan bu münasibətlər gələcəkdə daha da dərinləşəcək.
Bir daha Sizi və bütün Azərbaycan xalqını cənab Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təbrik edir, ölkənizə xoşbəxt gələcək arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb