Ərdoğan gənclərə səsləndi - FOTO
Cümhur İttifaqının prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezident seçkisinin ikinci turu ilə bağlı gənclərə müraciət edib.
"Dibsiz qaranlıqda var-gəl edənlər ümid verə bilməzlər. Görünüşü, xəyalı, idealı, hədəfi olmayanlar üfüq xəttini çəkə bilməzlər", - deyə o, "Twitter"də yazıb.
O, gənclərdə siyasi uğursuzluqlarına onları da ortaq etmək istəyənlərin yalanlarına aldanmamağı tövsiyə edib.
"Biz hər zaman sizin yanınızdayıq. 21 ildir ki, hakimiyyətdəyik. Bu 21 il ərzində heç bir gəncimizin həyat tərzinə müdaxilə etmədik, heç kimin başqasının geyiminə, düşüncə tərzinə, gözləntilərinə, zövqlərinə qarışmasına da icazə vermədik, gənclərimizin azad yaşaması üçün var gücümüzlə işlədik", - deyə Türkiyə lideri vurğulayıb.
O, həmçinin TEXNOFEST-dən bəhs edərək Türkiyə gəncləri üçün yaradılan imkanları sadalayıb:
"Potensialınızı ortaya qoyduğunuz, dünya ilə rəqabətə girə biləcəyiniz platformalara sahibik. Texnologiyanı təkcə istehlak edən deyil, dizayn edən, inkişaf etdirən və istehsal edən ölkəyə çevrilirik.
Bütün bunları sizin üçün elədik, sizin dəstəyiniz, səyləriniz sayəsində bacardıq. 28 maydan sonra, inşallah, Türkiyənin yeni əsrinin inşasını da sizinlə birlikdə bacaracağıq"./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 741 Tarix: 20 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq
Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum
7 oktyabrABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
7 oktyabr"Delta Air Lines" təyyarəsi "Air Canada" təyyarəsinə qanadla çırpılıb
Delta Air Lines təyyarəsi havaya qalxarkən qanad ucu ilə Air Canada təyyarəsinə toxunub. xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib. "Delta Air Lines 7 nömrəli reysi uçuş-enmə zolağına yaxınlaşarkən sol qanad ucu Air Canada 875 nömrəli reysinin üfüqi stabilizatorun
7 oktyabrRusiya Ukraynaya kütləvi zərbələr endirdi - Ölənlər arasında uşaqlar da var
Rusiya qüvvələri oktyabrın 7-də Ukraynanın bir sıra şəhərlərinə genişmiqyaslı raket və dron hücumları həyata keçirib. Ən ağır zərbə Çerniqov vilayətinin Prıluki şəhərinə dəyib. Reuters-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının vurulması nəticəsində ən azı 20 nəfər, o cümlədən 5 uşa
8 oktyabrTürkiyədə 17 bələdiyyə işçisi rüşvət ittihamı ilə saxlanılıb
Türkiyənin İstanbul əyalətinin Esenyurt bələdiyyəsində bəzi tenderlərdə saxtakarlıq edildiyi və podratçılardan rüşvət alındığı iddialarına yönəlik istintaq çərçivəsində keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. xəbər verir ki, məlumatı "Haber Global" yayıb. Məlumata görə, sözügedən cinayə
7 oktyabrTramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir
ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl
9 oktyabr