30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb.
"Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən daş artıq ərazidə olub.
Təxminən 10,22 kiloqram ağırlığında olan parça illər ərzində sadəcə qapının qarşısına qoyularaq ağırlaşdırıcı kimi istifadə edilib.
Mazurek sonradan daşın qeyri-adi görünüşündən şübhələnərək onu Mərkəzi Miçiqan Universitetinin geoloqu Mona Sirbeskuya göstərib. Nümunənin araşdırılmasına daha sonra Smitson İnstitutu da cəlb olunub. Təhlillər daşın təxminən 12 faiz nikel ehtiva edən dəmir meteorit olduğunu təsdiqləyib.
Meteoritə tapıldığı şəhərin adı ilə "Edmore" adı verilib və IIIAB sinif dəmir meteorit kimi təsnif edilib. "Edmore" Miçiqan Dövlət Universitetinin Abrams Planetariumuna 75 min dollara satılıb.
Mazurek əldə etdiyi vəsaitin 7500 dollarını Mərkəzi Miçiqan Universitetinin Yer və Atmosfer Elmləri Departamentinə bağışlayıb. Vəsaitin bakalavr tələbələrinin elmi araşdırmalarına dəstək üçün istifadə olunacağı bildirilib.
Fermanın əvvəlki sahibi Mazurekə daşın əraziyə necə gəldiyini də danışıb. Onun sözlərinə görə, 1930-cu illərdə ata və oğul gecə səmadan yerə düşən bir cismin şahidi olublar. Ertəsi gün hadisə yerinə gedən ata və oğul torpaqda yaranmış çuxurda daşı tapıblar. Rəvayətə görə, daş tapıldığı zaman hələ isti olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1822 Tarix: 07 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 60 faizədək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara hazır olduğunu, lakin bu materialın ölkə ərazisindən çıxarılmasına razılaşmayacağını bildirib. "Report" xəbər verir ki, Əraqçi bu barədə "Iran" qəzetinə müsahibəsind
21 noyabrEstoniyada dronlara görə NATO aviasiyası havaya qaldırılıb
Estoniya Silahlı Qüvvələri İda-Virumaa və Lyaene-Virumaa bölgələrində dronların yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib - NATO müttəfiqlərinin aviasiyası havaya qaldırılıb. "Report" xəbər verir ki, bu barədə Estoniya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bununl
21 noyabrSəudiyyə Ərəbistanı Ər-Riyada hücum edən üç Husi raketini vurduğunu bildirib
Yəmənin İranla həmrəy olan Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya şənbə günü Ər-Riyada atılan üç ballistik raketi ələ keçirib məhv etdiyini bildirib. Reuters-ə istinadən xəbər verir ki, bu, cümə axşamı günü ən hündür göydələninə zərbə endirildikdən sonra bir neç
21 noyabrKoşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ-nin ümumi xərclərin azaldılmasını nəzərdə tutan 2028-2034-cü illər üzrə çoxillik büdcəsinə dair öz təklifini təqdim edib. "Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib. "Konkret olaraq mənim təklifi
21 noyabrGTA VI-nı dünyada ilk onlar oynadılar
Oyun dünyasının 13 ildir səbirsizliklə gözlədiyi "Grand Theft Auto VI" (GTA VI) ilk dəfə Yeni Zelandiyada oyunçuların istifadəsinə verilib. "Qafqazinfo" xəbər verir ki, "Rockstar Games" oyunu bütün dünyada eyni vaxtda deyil, ölkələrin yerli saat qurşaqlarına uyğun olara
19 noyabr