Hirosimada "G7" sammitinin bütün işçi sessiyaları başa çatıb

Hirosimada "G7" sammitinin bütün işçi sessiyaları başa çatıbYeddilik Qrupunun ("G7") liderləri və bazar günü Hirosima sammitinə dəvət olunmuş dövlətlər proqram çərçivəsində planlaşdırılan bütün iş sessiyalarını başa vurublar.

Cəmi üç gün ərzində onlar 10 sessiya keçiriblər ki, onlar Ukrayna ətrafındakı vəziyyəti, Çinlə münasibətləri, dünya iqtisadiyyatının problemlərini, nüvə tərk-silahını, "G7"dən kənar tərəfdaşlarla əməkdaşlıq və digər məsələləri müzakirə ediblər.

Mayın 20-də "G7" sammitinə dəvət olunmuş Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreya liderləri qatılıblar. Bundan əlavə, bazar günü Yaponiyaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna məsələlərinə dair iki sessiyada, o cümlədən "G7"dən kənar ölkələrin liderləri ilə geniş tərkibdə iştirak edib.

Zelenski ilə ilk iclasda "G7" liderləri "Ukraynaya diplomatik, maliyyə, humanitar və hərbi yardım göstərməklə bağlı öhdəliklərini davam etdirəcəklərini" təsdiqləyiblər. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, əvvəlcə Ukrayna Prezidenti sammitdə onlayn şəkildə iştirak etməli idi. Belə bir razılaşma Baş nazir Fumio Kisidanın mart ayında Kiyevə səfəri zamanı əldə olunmuşdu.

Yaponiya bu il "G7"yə sədrlik edir və mayın 19-dan 21-dək Hirosimada sammitini keçirir. Bu şəhər 6 avqust 1945-ci ildə ABŞ-nin nüvə bombasına məruz qalıb. Cozef Bayden Hirosimaya səfər edən ikinci ABŞ Prezidenti olub. Lakin 2016-cı ildə adıçəkilən şəhərə səfər edən sabiq dövlət başçısı Barak Obama kimi, o da nüvə bombardmanına görə üzr istəməyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 632   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ABŞ vəba xəstəliyi ilə bağlı vətəndaşlarını Rusiyanı tərk etməyə çağırır

İrkutsk vilayətində şübhəli pnevmonik taun hadisəsi ilə bağlı məlumatlar yayıldığı bir vaxtda ABŞ-ın Rusiyadakı səfirliyi vətəndaşlarını potensial sağlamlıq və təhlükəsizlik riskləri barədə xəbərdar edib. xəbər verir ki, Amerika diplomatik missiyası, İrkutskda şübhəli pnevmonik taundan ölüm xəbərlərinin

7 oktyabr
.

ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi

ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yen

8 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr
.

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba

7 oktyabr
.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr
.

Meksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb

Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında

6 oktyabr
.

"Delta Air Lines" təyyarəsi "Air Canada" təyyarəsinə qanadla çırpılıb

Delta Air Lines təyyarəsi havaya qalxarkən qanad ucu ilə Air Canada təyyarəsinə toxunub. xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib. "Delta Air Lines 7 nömrəli reysi uçuş-enmə zolağına yaxınlaşarkən sol qanad ucu Air Canada 875 nömrəli reysinin üfüqi stabilizatorun

7 oktyabr
.

BBC: "Süni intellektin nəzarətdən çıxması ilə bağlı yeni ssenarilər araşdırılır"

BBC-nin son materiallarında süni intellekt sistemlərinin gözlənilməz davranışları və AI agentlərinin insan nəzarətindən kənara çıxması ilə bağlı risklər araşdırılır. BBC-nin "Unexpected Elements" proqramında da AI agentinin nəzarətdən çıxması ssenarisi ayrıca müzakirə olunub. BBC-yə istinadə

7 oktyabr
.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr