ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi

ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdiABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yeni zərbələrin başlanması ilə bağlı hələlik yekun qərar vermədiyi bildirilir. Məlumata görə, mümkün əməliyyat zamanı İranın nüvə obyektləri, enerji infrastrukturu və digər strateji hədəflərinin vurulması nəzərdən keçirilir. Bu arada İran tərəfi də ABŞ-ın yeni hücumu halında cavab zərbələrinə hazır olduğunu açıqlayıb. İran ordusunun nümayəndəsi Tehranın zərurət yaranacağı təqdirdə ABŞ-ın bölgədəki mövqelərinə qabaqlayıcı zərbələr endirə biləcəyini bildirib.

Digər tərəfdən, ABŞ-İran danışıqları da davam edir. ABŞ rəsmiləri İranın nüvə proqramı ilə bağlı tələblərin yumşaldılması məsələsini müzakirə etsələr də, Tehran Vaşinqtonun tələblərinin İranın mövqeyi ilə üst-üstə düşmədiyini bildirir. Hörmüz boğazı da böhranın əsas nöqtələrindən biri olaraq qalır. İran boğazdakı bəzi gəmiçilik marşrutlarını bağlamaqla hədələyir. ABŞ isə boğazda neft daşımalarının böyük hissəsinin davam etdiyini bildirir. Son günlər bölgədə tankerlərə qarşı yeni hücumlar barədə də məlumatlar yayılıb. Tramp isə müharibənin "çox yaxın zamanda" başa çatacağını desə də, eyni zamanda danışıqlarda razılaşma əldə olunmadığı halda ABŞ-ın hərbi əməliyyatları yenidən başlada biləcəyini açıqlayıb.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 506   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Almaniya XİN başçısı: Ermənistan Konstitusiyasının dəyişdirilməsi Bakı ilə sülh üçün zəruri addımdır

Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir. "Report" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib. XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazd

21 noyabr
.

Qəribabadi: ABŞ və İsrail ordusu İrana qarşı kütləvi qırğın silahlarından istifadə edib

ABŞ ilə İsrail 12 və 40 günlük müharibə zamanı İrana qarşı kütləvi qırğın silahlarından, ən qabaqcıl hərbi texnologiyalardan istifadə etsə də, sonda məğlub olub. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini Kazım Qəribabadi jurnalistlər

22 noyabr
.

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund

21 noyabr
.

Tramp onun nitqini kəsən jurnalistə arxa sıranı göstərdi - Video

ABŞ Prezidenti Donald Tramp NBC telekanalının onun çıxışına müdaxilə edən əməkdaşını kobud adlandıraraq, birinci sıradan ən arxaya keçməyi məsləhət görüb. xəbər verir ki, bu barədə TASS yazıb. Hadisə Ağ Evdə keçirilən mətbuat konfransında baş verib. "Siz olduqca kobud insansınız, mən sizinlə danışmıram

21 noyabr
.

Estoniyada dronlara görə NATO aviasiyası havaya qaldırılıb

Estoniya Silahlı Qüvvələri İda-Virumaa və Lyaene-Virumaa bölgələrində dronların yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib - NATO müttəfiqlərinin aviasiyası havaya qaldırılıb. "Report" xəbər verir ki, bu barədə Estoniya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bununl

21 noyabr
.

Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya istiqamətində alternativ logistika marşrutlarına və emal güclərinə olan tələbatı fəal şəkildə artırır, lakin Orta Dəhlizin tam işə salınması üçün 18,5 milyard avro məbləğində kapital qoyuluşu tələb olunacaq. Bu barədə "Report" "UkrAgroConsult" analiti

21 noyabr
.

Serbiyanın yeni parlamentində qadın deputatların sayı rekord həddə çatıb

Serbiya parlamentinin yeni tərkibində qadın deputatların payı rekord həddə çatıb. "Telegraf" nəşrinə istinadən xəbər verir ki, bu göstərici ölkədə 1990-cı ildə çoxpartiyalı sistemin tətbiqindən bəri ən yüksək səviyyədir. Parlamentdəki 250 deputat mandatından 102-si qadınlara məxsusdur. Bu

22 noyabr
.

Yeni sanksiyalardan sonra Tatyana Kim "Wildberries"in rəhbəri postundan getdi

RWB rəhbəri Tatyana Kim "Wildberries"in baş direktoru vəzifəsindən gedib. verir ki, bu barədə "İzvestiya"nın əldə etdiyi sənədlərdə qeyd olunub. Məlumata əsasən, Kim artıq digər şirkətlərə də rəhbərlik etmir. Bununla yanaşı, Vahid Dövlət Hüquqi Şəxslər Reyestrinin (EGRUL) məlumatlarında

22 noyabr
.

Meksikada kartel rəhbərinin saxlanılması zamanı dörd hərbçi öldürüldü

Meksika ordusunun dörd hərbçisi Sinaloa ştatında "Beltran Leyva" cinayətkar qruplaşmasının rəhbəri, "Çapo İsidro" ləqəbli Fausto İsidronun saxlanılması əməliyyatı zamanı həlak olub. xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində məluma

22 noyabr