ABŞ Ukraynaya 375 milyon dollarlıq yeni yardım paketi ayırıb

ABŞ Ukraynaya 375 milyon dollarlıq yeni yardım paketi ayırıbABŞ Müdafiə Nazirliyi Ukraynanın hərbi ehtiyacları ödəmək üçün əlavə yardım elan edib.

Bu barədə Pentaqon məlumat yayıb.

Dəyəri 375 milyon dollara qədər olan yardım əlavə təsdiq prosesləri olmadan Müdafiə Nazirliyinin anbarlarından Ukrayna üçün avadanlığın çıxarılmasına imkan verən xüsusi prezident səlahiyyətindən istifadə etməklə verilir.

Yeni paketə daxildir:

"HIMARS" (ing. "High Mobility Artillery Rocket System" – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) üçün əlavə sursat;
155 mm və 105 mm-lik artilleriya mərmiləri;
optik izləmə, idarə olunan (TOW) raketlər;
"Javelin" və "AT-4" tankəleyhinə sistemləri;
lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları;
məhvetmə üçün sursat;
zirehli körpü sistemləri;
zirehli sanitar maşınları;
ağır texnikanın daşınması üçün yük maşınları və qoşqular;
logistika təminatı texnologiyası;
termal görüntüləmə sistemləri;
ehtiyat hissələri və digər sahə avadanlıqları.
"Birləşmiş Ştatlar Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını və uzunmüddətli təhlükəsizlik yardımı ehtiyaclarını ödəmək üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək", - Pentaqonun bəyanatında bildirilib.

Məlumata görə, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri ABŞ artıq Ukraynaya 36,9 milyard dollardan çox hərbi yardım edib. Bu, Kiyevi dəstəkləmək üçün vəsaitlərin tezliklə tükənə biləcəyi ilə bağlı qorxuları artırıb.

Lakin son günlər məlum olub ki, ABŞ Müdafiə Nazirliyində hərbi texnikanın dəyərinin uçotunda yol verilən səhvə görə bu rəqəm ən azı üç milyard şişirdilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 873   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ vəba xəstəliyi ilə bağlı vətəndaşlarını Rusiyanı tərk etməyə çağırır

İrkutsk vilayətində şübhəli pnevmonik taun hadisəsi ilə bağlı məlumatlar yayıldığı bir vaxtda ABŞ-ın Rusiyadakı səfirliyi vətəndaşlarını potensial sağlamlıq və təhlükəsizlik riskləri barədə xəbərdar edib. xəbər verir ki, Amerika diplomatik missiyası, İrkutskda şübhəli pnevmonik taundan ölüm xəbərlərinin

7 oktyabr
.

ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi

ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yen

8 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr
.

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba

7 oktyabr
.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr
.

Meksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb

Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında

6 oktyabr
.

"Delta Air Lines" təyyarəsi "Air Canada" təyyarəsinə qanadla çırpılıb

Delta Air Lines təyyarəsi havaya qalxarkən qanad ucu ilə Air Canada təyyarəsinə toxunub. xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib. "Delta Air Lines 7 nömrəli reysi uçuş-enmə zolağına yaxınlaşarkən sol qanad ucu Air Canada 875 nömrəli reysinin üfüqi stabilizatorun

7 oktyabr
.

BBC: "Süni intellektin nəzarətdən çıxması ilə bağlı yeni ssenarilər araşdırılır"

BBC-nin son materiallarında süni intellekt sistemlərinin gözlənilməz davranışları və AI agentlərinin insan nəzarətindən kənara çıxması ilə bağlı risklər araşdırılır. BBC-nin "Unexpected Elements" proqramında da AI agentinin nəzarətdən çıxması ssenarisi ayrıca müzakirə olunub. BBC-yə istinadə

7 oktyabr
.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr