Baydenin Əliyevə məktubunda İranla bağlı 3 mesaj

Baydenin Əliyevə məktubunda İranla bağlı 3 mesajABŞ Prezidenti Co Baydenin Azərbaycan lideri İlham Əliyevə Müstəqillik Günü ilə bağlı göndərdiyi təbrik məktubunda incə mesajlar var.

Bayden məktubda qeyd edir:

1. "Biz birlikdə terrorizmlə mübarizə aparırıq".

19 yanvar 1984-cü ildə ABŞ Dövlət Departamenti İranı rəsmi olaraq terroru maliyyələşdirən dövlət kimi tanıyıb. Baydenin İlham Əliyevə təbrik məktubunda "biz birlikdə terrorizmlə mübarizə aparırıq" ifadəsinin ünvanı birmənalı olaraq İrandır. Çünki Azərbaycan qlobal miqyasda deyil, yalnız öz regionunda bu mübarizəyə töhfə verə bilər.

Xatırladaq ki, bir müddət öncə İranın sərhədimizdə təhdidlərini müşahidə edərkən, ABŞ Dövlət katibi Entoni Blinken Senatda demişdi: "Azərbaycanın İranla çox uzun sərhədi var və onu qorumaq lazımdır". Bu ifadə ABŞ-ın Azərbaycanın təhlükəsizliyinə nə dərəcədə məsuliyyətli yanaşdığını ortaya qoyur. ABŞ rəsmilərə dəfələrlə deyirdilər ki, ABŞ Azərbaycan müstəqilliyi və suverenliyinin ən böyük dəstəkçisidir və ABŞ Azərbaycanla münasibərləri bu prisipin üzərində qurur.

2. "Biz birlikdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görürük".

Məhz Baydenin dövründə narkotiklərlə mübarizə güclənib və bu işdə bir çox dövlətin müvafiq qurumları birgə fəaliyyət göstərir. Azərbaycan narkotiklərə qarşı mübarizə koalisiyasına qoşulan ölkədir və Bayden "biz birlikdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görürük" ifadəsində bunu nəzərdə tutur.

Vacib məqam: Azərbaycana narkotik birmənalı olaraq İrandan gəlir. Demək, bu ifadənin də hədəfi İrandır!

3. "Biz birlikdə kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq".

Söhbət İranın nüvə silahını əldə etməsi ehtimalından gedir və Baydenin bu mesajı olduqca əhəmiyyətlidir.

4. "Xüsusən, Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq".

Qərb-Rusiya geosiyasi qarşıdurması zamanı Rusiyanın ən böyük alətlərindən biri enerji şantajı idi. Rusiya neft-qaz ixracını azaltmaqla Avropanı enerji böhranla hədələyirdi. Bu məqamda Azərbaycan yeni reallığı anında qiymətləndirdi və Avropa ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirmək fürsətindən istifadə etdi. Bu əməkdaşlığın dövlət maraqlamıza uyğun olması danılmaz faktdır.

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 901   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

ABŞ vəba xəstəliyi ilə bağlı vətəndaşlarını Rusiyanı tərk etməyə çağırır

İrkutsk vilayətində şübhəli pnevmonik taun hadisəsi ilə bağlı məlumatlar yayıldığı bir vaxtda ABŞ-ın Rusiyadakı səfirliyi vətəndaşlarını potensial sağlamlıq və təhlükəsizlik riskləri barədə xəbərdar edib. xəbər verir ki, Amerika diplomatik missiyası, İrkutskda şübhəli pnevmonik taundan ölüm xəbərlərinin

7 oktyabr
.

ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi

ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yen

8 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr
.

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba

7 oktyabr
.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr
.

Meksika Kubaya yanacaq təchizatını tamamilə dayandırıb

Meksikanın dövlət neft-qaz şirkəti "Pemex" 2026-cı ilin üçüncü rübündə Kubaya yanacaq təchizatını tamamilə dayandırıb. Bu barədə "El Universal" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-nin sanksiya tətbiq etmək təhdidi səbəbindən ilin ilk yarısında ixrac həcmlərinin kəskin azaldılmasında

6 oktyabr
.

"Delta Air Lines" təyyarəsi "Air Canada" təyyarəsinə qanadla çırpılıb

Delta Air Lines təyyarəsi havaya qalxarkən qanad ucu ilə Air Canada təyyarəsinə toxunub. xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat verib. "Delta Air Lines 7 nömrəli reysi uçuş-enmə zolağına yaxınlaşarkən sol qanad ucu Air Canada 875 nömrəli reysinin üfüqi stabilizatorun

7 oktyabr
.

BBC: "Süni intellektin nəzarətdən çıxması ilə bağlı yeni ssenarilər araşdırılır"

BBC-nin son materiallarında süni intellekt sistemlərinin gözlənilməz davranışları və AI agentlərinin insan nəzarətindən kənara çıxması ilə bağlı risklər araşdırılır. BBC-nin "Unexpected Elements" proqramında da AI agentinin nəzarətdən çıxması ssenarisi ayrıca müzakirə olunub. BBC-yə istinadə

7 oktyabr
.

Norveç 2027-ci il büdcəsi üçün Neft Fondundan 64 milyard dollar ayıracaq

Norveç hökuməti dövlət büdcəsi-2027 layihəsi çərçivəsində Dövlət Pensiya Fondundan (Neft Fondu) 608,4 mlrd Norveç kronu (təqribən 64 milyard dollar) istifadə etməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Norveçin "NRK" teleradio şirkəti xəbər verir. Bu, Neft Fondunun ümum

7 oktyabr