Güney aksiyaya hazırlaşır: Tehran rejimi basqını artırdı

Güney aksiyaya hazırlaşır: Tehran rejimi basqını artırdıGüney Azərbaycanın bir çox şəhərlərində milli fəallarımız Xordad qiyamının ildönümü üçün on gündür yorulmadan çalışırlar. Bu isə rejimi ciddi mənada narahat edir.

Bu sözləri Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlı ötən gün milli fəalların saxlanılması ilə bağlı xəbərləri şərh edərkən deyib.

O bildirib ki, Tehran rejimi xalqın bir yerə toplaşmasından qorxuya düşdüyü üçün milli fəalların saxlanılması planını işə salıb:

"Güney Azərbaycan siyasi təşkilatları "Xordad qiyamını unutmayaq" məzmunlu broşürlər yayaraq bir sıra şəhərlərdə fəaliyyət göstərməyə başladı. Milli azadlıq hərəkatının ağsaqqalları ilə məsləhətləşərək qərar verdik ki, Təbriz və bir neçə iri şəhərdə 1 Xordadda aksiyalar keçirək. Şəhidlərimizin xatirəsini yad edək. Bundan narahat olan rejim xalqı nəzarətdə saxlamaq üçün basqıları artırmağa, tanınmış milli fəalları və bir sıra şəxsləri tutmağa başlayıb. Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə və Əlirza Səbri mayın 18-i axşam saatlarında saxlanılıb. Tutmadıqları fəallara isə telefonla zəng edərək, hədə-qorxu gəliblər.

Onlara xəbərdarlıq ediblər ki, mayın 22-də evlərindən çölə çıxmasınlar. Rejim çalışır ki, Xordad qiyamının Anım günündə küçələrdə heç bir toplaşma və kütləvi tədbir olmasın".

Qaradağlı bildirib ki, Tehranda "Traktor"-"İstiqlal" qarşılaşması zamanı stadionda Bütöv Azərbaycan bayrağının qaldırılması rejimi daha ciddi tədbirlər almağa sövq edib:

"Tehranın Azadi stadionunda baş tutan "Traktor"-"İstiqlal" oyununda Bütöv Azərbaycan və Güney Azərbaycan bayrağı qaldırıldı. Həmçinin, milli şüarlar səsləndirildi. "Traktor"un tərəfdarları tutuldu, bəzilərinə fiziki güc tətbiq olundu. Tehran rejimi də bilir ki, oyun bəhanədir və əsas məqsəd milli şüraların səsləndirilməsidir. Onlar da anlayır ki, bu kütlə Xordad qiyamının ildönümündə küçələrdə ola bilər. Odur ki, əvvəlcədən tədbirini alır".
Ağrı Qaradağlı milli fəalların həyatı üçün təhlükələrin ola biləcəyinə diqqət çəkib:

"Bu basqılar bizim milli fəallarımız üçün ağır nəticələrə səbəb olur. Son etirazlardan sonra İran daha çox qorxuya düşüb. Hərəkatçılara uzunmüddətli həbs cəzaları verilir. Tutulmayanlar isə əgər tələbədirsə, universitedən qovulur, yaxud iş yerlərindən uzaqlaşdırılır. Bu, müyyən mənada milli fəallarımızın işini aşkarda deyil, gizlində etməsinə səbəb olur. Bu qədər basqıya rəğmən fəallarımız geri çəkilmir".

Xatırladaq ki, 2006-cı il mayın 12-də "İran" rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura dərc edilib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.

Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.

Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.

Hər il azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində 1 Xordad hadisələri zamanı həlak olanların xatirəsini yad edirlər.

Axar.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 682   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İspaniya İtaliyadan gələnlər üçün sərhəd nəzarəti tətbiq edir

İspaniya, Mərakeşdən İspaniyanın Seuta yarımanklavına görünməmiş kütləvi miqrant axınından sonra Romanın tətbiq etdiyi əvvəllər qoyduğu məhdudiyyətləri təkrarlayaraq, İtaliyadan gələn səyahətçilər üçün müvəqqəti sərhəd yoxlamaları elan etdi. xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasın

11 avqust
.

Tatarıstanda matəm elan edildi - Yenilənib

Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Tatarıstan Respublikasına hücum edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Tatarıstan rəhbərinin Mətbuat xidməti yayıb. İlkin məlumata görə, Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə edilən bu hücum nəticəsində ölənlər var

10 avqust
.

Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldovanın Xarici İşlər Nazirliyi Kroçmaz bölgəsində baş verən hadisəni, pilotsuz təyyarənin düşərək partladığını qətiyyətlə pisləyib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi bəyanat yayıb. "Bu hadisə Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdı

10 avqust
.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib

Venesuela parlamentinin spikeri Xorxe Rodrigez iyunun 24-də baş verən zəlzələlərdə ölənlərin sayının 6301 nəfərə çatdığını bildirib. xəbər verir ki, 6462 nəfər xilas edilib. Hazırda xəstəxanalarda 73 mindən çox yaralı müalicə alır. 31.336 yaşayış binası yaşayış üçün yararlı hesab edilib. [hh4-unikal

11 avqust
.

ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq

ABŞ administrasiyası faydalı qazıntıların hasilatı layihələrinin inkişafına təxminən 3 milyard dollar investisiya yatıracaq. "Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin təşkil etdiyi mədənçıxarma şirkətlərinin rəhbərləri ilə görüşdə çıxışı zamanı bildirib

9 avqust
.

Özü qolf oynadı, raketlər onu qorudu - Video

ABŞ-nin Məxfi Xidməti ölkə Prezidenti Donald Trampı qolf oyunu zamanı qorumaq üçün Bedminsterə "AN/TWQ-1 Avenger" yaxınmənzilli zenit-raket kompleksləri cəlb edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "War Zone" portalı məlumat yayıb. Məlumata görə, son günlərdə sosia

11 avqust
.

7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində dağılan binaların dağıntıları altında qala biləcək insanların axtarışına başlanılıb. xəbər verir ki, bu barədə "Caracol" telekanalı məlumat yayıb. * Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı. Hökumət orqanlarının məlumatın

10 avqust
.

Dünyanın yeganə vəhşi atı cəmi 12 heyvan sayəsində sağ qalıb

Prjevalski atı bu gün dünyada qalan yeganə həqiqi vəhşi at növü hesab olunur. Bu növün əcdadları təxminən 20 min il əvvəl çəkilmiş mağara rəsmlərində təsvir edilib. Hazırda Prjevalski atları Avropanın bəzi ölkələrində, o cümlədən Ukraynanın Çernobıl qoruğunda da yaşayır. Qaynarinfo xəbər verir ki, "Discove

10 avqust
.

İran bu ölkədən təzminat tələb edir

Tehran İran gəmisində insidenlə bağlı Kiyevin bəhanələrini qəbul etmir və kompensasiya almaq niyyətindədir. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib. O, vurğulayıb ki, əgər Ukrayna hücum nəticəsində dəyən ziyanı ödəməsə, İran cavab tədbirləri görəcək. "Ukrayn

10 avqust