Türkiyə ilə bağlı ŞOK AÇIQLAMA - Dünyada yeni dalğa yaranır: "Hamımız yanıldıq..."

Türkiyə ilə bağlı ŞOK AÇIQLAMA - Dünyada yeni dalğa yaranır: "Hamımız yanıldıq..."Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun qaçqınlarla bağlı açıqlaması qərb mediasının gündəmindədir. Belə ki, Kılıçdaroğlu hakimiyyətə gələn kimi bütün qaçqınları evlərinə göndərəcəyini bəyan edib.

CHP sədrinin açıqlamasına yer verən CNBC nəşri Türkiyənin 4 milyona yaxın qaçqına ev sahibliyinə diqqət çəkib.

"Şərqlə Qərbin coğrafi qovşağında yerləşən Türkiyənin təqribən 85 milyon əhalisi var. NATO-nun ikinci ən böyük ordusuna sahib ölkə 4 milyona yaxın qaçqına ev sahibliyi edir və Rusiya-Ukrayna müharibəsində vasitəçilik etməkdə mühüm rol oynayıb" - nəşr yazır.

Türkiyənin dünya üçün əhəmiyyətini vurğulayan CNBC prezident Rəcəb Tayyib Ərdoğanın ilk turda qazandığı uğurunun müxalifəti heyrətə saldığını qeyd edib.

4dfa2f73-5fdf-49f2-95ae-6e2b8a50.jpg (37 KB)

CNBC Cribstone Strategic Macro konsaltinq firmasının qurucusunun Türkiyə ilə bağlı fikirlərini də işıqlandırıb. Makro Kılıçdaroğlu haqqında "ortalamanın altında olan namizəd" ifadəsini işlədib.

BBC isə seçkilərin ikinci turunda nəticələrin bütün dünyada yeni dalğa yaradacağını yazıb. Nəşr Avropa İttifaqının xarici siyasət üzrə keçmiş məsul şəxsi Baronessa Eştonun sözlərini də yer alıb.

"Ukraynanın işğalından bu yana Türkiyə dəyərli diplomatik vasitə kimi öz mövqeyini gücləndirdi. Müharibə edən ölkələr arasında danışıqları asanlaşdırdı, taxıl müqaviləsi ilə əsl sıçrayış etdi. Prezident Ərdoğan İngiltərənin Baş naziri Rishi Sunak, ABŞ prezidenti Co Baydendən Rusiya Prezidenti Putinə və Çin Dövlət Başçısı Si Cinpinə qədər hər kəslə ünsiyyət kanallarını açıq saxlayır" - Eşton Türkiyənin qlobal təsirə malik olduğuna diqqət çəkib.

Financial Times "Türkiyənin "ümidsiz" müxalifəti millətçi kart oynayır" başlığı ilə oxucularını qarşı-qarşıya qoyub.

Almaniyanın Tagesspiegel qəzeti "Qərb Kılıçdaroğlu haqqında yanıldımı?" başlıqlı xəbərində müxalifət liderinin qaçqınlara qarşı kampaniya başlatdığını qeyd edib.

"İlk turda ürək işarələri ilə demokratik və sülhsevər Türkiyə təbliğatı aparan CHP-nin namizədi indi qaçqınlara qarşı sərt sözlər işlədir. Qərbdə çoxları Kılıçdaroğlunun onları məyus etdiyini düşünür".

tuerkei-wahl--kemal-kılıçdaroğlu.jpg (148 KB)

Zeit qəzeti Kılıçdaroğlunun ikinci turda səs toplamaq üçün "sağçı şüarlar" səsləndirdiyini bildirib: "Daha ürəklər və yumşaq ritorika yoxdur".

Tagesschau qəzeti isə Türkiyənin müxalifət namizədinin qaçqınlara qarşı aqressiv münasibət bəslədiyini yazıb. Qəzet Kılıçdaroğlunun ikinci tura sərt münasibətini "Sinan Oğana güzəştə getmək" kimi şərh edib.

Fransanın Le Figaro qəzeti də CHP sədrinin qaçqınlarla bağl açıqlamasından yazıb: "Kılıçdaroğlunun qeyri-adi sərt vədi səsvermədə üçüncü olan Sinan Oğanı dəstəkləyən seçicilərə bir mesaj kimi görünür".

ABŞ-ın Foreign Policy jurnalı da 14 mayda keçirilən seçkiləri və prezident Ərdoğanı şərh edib. Jurnal seçki şərhində qeyd edib ki, əvvəllər Türkiyəni tənqid edən Qərb mediası indi bu ölkənin yeni dövründən danışır.

"Prezident Ərdoğanın uduzacağını düşünməklə hamımız yanılmışıq. Ərdoğanın səs çoxluğunu qazandı" - jurnal yazıb.

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 992   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

Yəməndə müharibə yenidən qızışır

Husilər Səudiyyə Ərəbistanına və Ədən hava limanına raket hücumları həyata keçirdiklərini açıqlayıblar. Reuters-ə istinadən xəbər verir ki, Ər-Riyadda raketin ələ keçirildiyi bildirilir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

7 oktyabr
.

Litva ordusu ABŞ-dən döyüş dronları alıb

Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"

7 oktyabr
.

Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək...

Günəşdə baş verən aktivlik Yer kürəsində maqnit qasırğasına səbəb ola bilər. xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, cümə günü Yer kürəsində G1-G2 səviyyəli maqnit qasırğası gözlənilir. Mütəxəssislərin hesablamaların

7 oktyabr
.

SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR

Pakistan Səudiyyə Ərəbistanının Yəməndəki husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara rəsmən qoşulub. xəbər verir ki, bu barədə "The New York Times" nəşri yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb. Pakistan Silahlı Qüvvələrinin yüksəkvəzifəli nümayəndəsi bildirib ki, ölkənin hərb

8 oktyabr
.

ABŞ İrana yenidən zərbə endirəcək? - Pentaqon hazırlıq əmrini verdi

ABŞ və İran arasında müharibə ilə bağlı gərginlik yenidən artır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Mərkəzi Komandanlığa İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatların planlaşdırılmasını yekunlaşdırmaq barədə göstəriş verib. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yen

8 oktyabr
.

Cənubi Koreya Ukraynadan səfirini geri çağırır

Cənubi Koreya Ukraynadakı səfiri Pak Hi Çxanı geri çağıracaq. "Report" "Yonhap"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, hökumət Ukrayna Prezidenti Volodimir Zelenskinin Şimali Koreya əsgərlərinin təhvil verilməsi barədə so

8 oktyabr
.

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək qərarını tarixi hadisə adlandırıb. BELTA-ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı bildirib. "Təşkilatımızı

9 oktyabr
.

İran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio

İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand

7 oktyabr