Rusiya Putinin həbsinə order verən prokuror və hakimə qarşı rəsmi ittiham irəli sürdü
Rusiya İstintaq Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinin prokuru Kərim Əhməd Xana və həmin məhkəmənin hakimi Rosario Salvatore Aytaleyə qarşı qiyabi ittiham irəli sürüb.
Məhz onların birgə səyi nəticəsində Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilib.
Rusiya tərəfi prokurorun hərəkətlərini "təqsirsiz şəxsi bilərəkdən cinayət məsuliyyətinə cəlb etmək" kimi qiymətləndiriblər.
Eyni zamanda, hakim "beynəlxalq münasibətləri çətinləşdirmək məqsədilə bilərəkdən qanunsuz həbsdə, habelə beynəlxalq müdafiədən istifadə edən xarici dövlətin nümayəndəsinə hücuma hazırlaşmaqda" ittiham olunub.
Xatırladaq ki, bu ilin mart ayının ortalarında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Putinlə yanaşı və Rusiyada uşaq hüquqları üzrə ombudsman Mariya Lvova-Belovanın həbsinə də order verib. Məhkəmə onları ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasında təqsirli bilir.
Məhkəmə qərarına əsasən, Putin Roma Statutunu ratifikasiya etmiş və ya BCM-nin yurisdiksiyasını tanıyan 123 ölkədə həbs edilməlidir.
Qeyd edək ki, Putin və Lvova-Belovanın həbsinə dair order onların ömürlərinin sonuna kimi qüvvədə qalacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 793 Tarix: 21 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əyləncə üçün DNT testi verən qadının həyatı məhv oldu - 50 illik sirr
Avropalı ailədə illərlə gizli saxlanılan bir sirr təsadüf nəticəsində üzə çıxıb və ana ilə qız arasındakı münasibətləri tamamilə dağıdıb. xarici mediaya istinadla xəbər verir ki, ABŞ-də yaşayan bir qadın əyləncə məqsədilə ailə mənşəyini öyrənmək üçün DNT testindən istifadə edib. Lakin əldə olunan nəticələ
14 iyunStarmer: İstefaya getməyəcəm, ölkəni yeni seçki xaosuna sürükləmək olmaz
Böyük Britaniya hökumətinin başçısı Kir Starmer ölkəni yeni seçki xaosuna sürükləməmək üçün istefa vermək niyyətində olmadığını bəyan edib. "Report"un məlumatına görə, baş nazir bunu BBC-yə müsahibəsində bildirib. "İstefaya getmək niyyətində deyiləm. Biz ölkəni lider seçkiləri xaosun
14 iyunBerlində təhlükəli virus yayılmağa başlayıb
Əvvəllər yalnız cənub bölgələrində rast gəlinən təhlükəli Qərbi Nil virusu, görünür, Almaniyanın paytaxtı Berlində ciddi və uzunmüddətli şəkildə kök salıb. xəbər verir ki, bu barədə "Bild" nəşrinə istinadən Berlinin "Şarite" klinikasının alimləri məlumat yayıblar. Mütəxəssislər 2
14 iyunRumıniyanın Baş naziri Tomak istefa verib
Rumıniya Prezidenti Nikoşur Dan Eugen Tomakın Baş nazir vəzifəsindən istefa verdiyini elan edib. "Report" "Radio Romania İnternational"a istinadən xəbər verir ki, yeni Baş nazir Adrian Veştea təyin edilib. Danın sözlərinə görə, Veştea mühüm inzibati vəzifələrdə çalışıb, xüsusən d
14 iyun