Əlaqələrin genişlənməsinə mühüm təkan verəcək Litva səfəri

Əlaqələrin genişlənməsinə mühüm təkan verəcək Litva səfəriAzərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərindən sonra dünya miqyasında nüfuzu daha da artıb. Cənubi Qafqaz regionunda söz sahibi olan ölkəmizin beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri də bunu bir daha təsdiqləyir. May ayının 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, ölkələrimiz arasında gənclər, idman, ekologiya və prokurorluq sahələri üzrə bir sıra mühüm sənədlər imzalanıb.
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə marağı getdikcə artırır. Bərpaolunan enerji layihələri də bunlardan biridir. Dövlətimizin başçısının Litvaya rəsmi səfəri çərçivəsində Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, ölkəmizin müasir infrastruktura malik olması ərazilərimizdən keçən tranzit yüklərin həcmini ildən-ilə artırmağa imkan verir. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da ölkələrimiz arasındakı əməkdaşlığı genişləndirməyə imkan verir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan və Litva birgə səylərlə bu birləşmə layihələrini həyata keçirməklə uğurlu əməkdaşlığı artırmaq imkanına malikdir.
Litva–Azərbaycan iqtisadi əlaqələrinin zəngin tarixi ənənələri mövcuddur. Belə ki, hələ keçmiş Sovet İttifaqı dövründən respublikalar arasında iqtisadi-mədəni əlaqələr yüksək səviyyədə olub. Müstəqillik dövründə Litva bizim müstəqilliyimizi tanıyan ilk respublikalardan biri kimi tanınıb. 2007-ci ildə ölkələrimiz arasında strateji əməkdaşlıq haqqında dövlətlərarası saziş imzalanıb. Hazırda dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 41 sənəd mövcuddur. Ötən il ölkələrimiz arasında iqtisadi dövriyyə 32 milyon 911 min dollar həcmində olub. 
Belə bir göstərici deməyə əsas verir ki, Litva–Azərbaycan iqtisadi əlaqələrinin geniş potensialı var və onun inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. 
İqtisadi inkişaf baxımından Litva və Azərbaycan arasında oxşar cəhətlər də çoxdur. Belə ki, respublikamız Cənubi Qafqazın ən inkişaf etmiş iqtisadiyyatına malikdirsə, Litva da Baltikyanı ölkələrdən ən inkişaf etmiş iqtisadiyyata sahibdir. Həmçinin Litvanın da ölkəmiz kimi nəqliyyat–loqistika infrastrukturu şaxələndirilib, müasir tələblərə cavab verən yollar var. 
Bu gün iki ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən bir-birinə verəcək töhfələr çoxdur. Belə ki, Litva Avropa İttifaqının təhsil səviyyəsi üzrə ən inkişaf etmiş ölkəsidir. Burada ali təhsilli gənclərin sayı 56 faizdən yuxarıdır və bu göstəriciyə görə, Litva Avropa İttifaqında lider mövqedədir.
Litvada 7 Azad İqtisadi Zona fəaliyyət göstərir ki, bu zona investisiya mühiti və Avropa İttifaqı bazarlarına çıxış əldə etmək üçün çox əlverişli bir məkandır. Bu, bizim sahibkarlar və qeyri-neft sektorunda fəaliyyət göstərən biznes subyektləri üçün Avropa bazarlarına çıxışa əlverişli şərait yarada bilər. 
Prezident İlham Əliyev Litvaya dördüncü səfəri zamanı həmkarı Gitanas Nauseda, həmçinin bu ölkənin Baş naziri İnqrida Şimonite ilə mühüm görüşlər keçirdi, Azərbaycan-Litva biznes forumunda iştirak etdi. İki ölkənin rəhbəri mətbuata bəyanatlarla çıxış etdilər. Ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir.
Azərbaycan ilə Litva arasındakı münasibətlər qarşılıqlı maraqlara, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanır. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri getdikcə inkişaf edir və yeni mərhələyə yüksəlir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 730   Tarix: 24 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr