Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdürTürk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasında daim ciddi addımlar atır. Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməklə. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin inteqrasiyasına və inkişafına böyük töhfələr verməklə yanaşı, müstəqilliyinin bərpasından sonra, 35 il bundan əvvəl üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və onun Parlament İttifaqı çərçivəsində keçirilən tədbirlərdə daim fəal iştirak edərək İslam həmrəyliyinin, parlamentlərarası əməkdaşlığın və üzv dövlətlər arasında çoxşaxəli əlaqələrin inkişafına mühüm töhfələr verib. Öz növbəsində İƏT Azərbaycanın haqq işinə, suverenliyinə və ərazi bütövlüyünə daim dəstək verib, bu məsələdə qətiyyətli mövqe nümayiş etdirərək Ermənistanın işğal siyasətini qınayıb, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini alqışlayan qətnamə və bəyanatlar qəbul edib. Həmçinin Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı İƏT Təmas Qrupu çərçivəsində fəal mövqe nümayiş etdirib.
Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul zamanı bildirib ki, bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik: "Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq. Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs "Qurani-Kərim"ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi!".
Azərbaycan daim islamofobiya siyasəti ilə üzləşən, bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın otuz illik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilib, etnik təmizləmə aparılıb və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. İşğal dövründə dini, tarixi abidələr vandalizmə uğrayıb. Dövlətimizin başçısının bildrdiyi kimi, ərazilərimizdə milyona yaxın mina basdırılıb, urbisid, kultursid və ekosid cinayətləri törədilib. Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərimiz yerlə-yeksan edilib, eləcə də dini və mədəni irsimiz ciddi dağıntılara məruz qalıb, 67 məsciddən 65-inin məhv edilib. İndi işğaldan azad edlmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa proqramı çərçivəsində yüzlərlə tarixi, mədəni və dini abidə əsl simasına qaytarılır. Əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək hərbi təcavüzün davam etdiyi 30 il ərzində Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar.
Bakı islamofobiya ilə mübarizədə daim prinsipial və ardıcıl mövqe sərgiləyir. Azərbaycan daim islamofobiyanı qlobal təhlükə hesab edərək İslam dəyərlərinə və müsəlmanlara qarşı ayrı-seçkiliyin, nifrət çağırışlarının və dini təhqirlərin qəbuledilməz olduğunu vurğulayır. Dövlətimiz bu problemlə mübarizəyə beynəlxalq diqqətin artırılmasına çalışıb, bəzi Qərb siyasi dairələrinin, eləcə də Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təşkilatların İslamı ekstremizm və terrorizmlə eyniləşdirməyə yönəlmiş qərəzli yanaşmalarını haqlı olaraq tənqid edib.
Ölkəmiz daim İslam dəyərlərinin, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirərək İƏT və onun qurumlarının tədbirlərinə ev sahibliyi edib, İslam dünyasının mədəni və iqtisadi əməkdaşlığının gücləndirilməsinə böyük töhfələr verib. İslam sivilizasiyasının zəngin mədəni-mənəvi irsini təcəssüm etdirən Bakı, Naxçıvan və Şuşa şəhərləri müxtəlif illərdə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. 2017-ci ildə Azərbaycanda elan olunmuş "İslam Həmrəyliyi İli" çərçivəsində 54 ölkənin iştirakı ilə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bundan başqa, İCESCO çərvisəndə baş tutan tədbirlər Bakıının İslam dünyasında nüfuzunun bariz göstəricisi olub. Həmçinin, 2026-cı il iyunun 18-də Bakıda müsəlman ölkələrinin dayanıqlı rifahı naminə regional inteqrasiya mövzusuna həsr olunmuş İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları uğurla təşkil edilib.
Bir məqamı da qeyd edək ki, 2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək. Ölkəmiz İƏT-in Sədrliyini üzərinə götürərək üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi və dayanıqlı, inklüziv inkişaf naminə birgə səylərin artırılması, qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində var gücü ilə çalışaraq İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfələr verəcək.

Təranə Tağıyeva - BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 94   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfir

16 sentyabr
.

Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. bu barədə AZƏRTAC-a istinadən xəbər verir

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. bu barədə AZƏRTAC-a istinadən xəbər verir

17 sentyabr
.

İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd

16 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamını narahat edir

Prezident İlham Əliyev sentyabrın 15-ə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və eyni zamanda böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans iştirakçıları olan Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbe

16 sentyabr