Azərbaycan – Litva əməkdaşlığında yeni mərhələ

Azərbaycan – Litva əməkdaşlığında yeni mərhələAzərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində faydalı əməkdaşlıq və uğurlu tərəfdaşlıq siyasəti yürüdən fəal dövlətlər sırasındadır. Xüsusən, postpandemiya dövründə Prezident İlham Əliyevin fəallığı və irəli sürdüyü regional layihələrlə bağlı təşəbbüsləri nəticəsində Azərbaycan Respublikasının müxtəlif dövlətlərlə ikitərəfli əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin Litvaya səfəri dövlətlərarası tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olması baxımdan mühüm rol oynayır. Son iki ildə prezidentlərin 3 dəfə görüşünün baş tutması təmasların hansı səviyyədə olmasından xəbər verir.
Bu görüşlərin ikisi qarşılıqlı səfərlər çərçivəsində baş tutub. Keçən il Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfər edib. Bu il isə Prezident İlham Əliyev Litvada rəsmi səfərdə oldu. Qarşılıqlı səfərlər isə əməkdaşlıq baxımından uzunmüddətli və strateji hədəfləri özündə ehtiva edir. Bu ilin əvvəlində Davosdakı görüş də, eyni zamanda, ona işarədir ki, hər iki ölkənin prezidentləri beynəlxalq platformalarda da bir–birilərini dəstəklədiklərini nümayiş etdirirlər. Litva ilə əlaqələri, eyni zamanda, bu ölkəni Avropa İttifaqının və NATO-nun üzvü olması kontekstindən də nəzərə almaq vacibdir.
Siyasi əlaqələrin və beynəlxalq arenada tərəfdaşlığın uzunmüddətli olması üçün dövlətlərin bir–biri ilə müxtəlif sahədə əməkdaşlığı əsas amildir. Buna görə Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunu iqtisadi əlaqələr üçün yeni üfüq də adlandıra bilərik. Biznes forumda hər iki prezidentin iştirakı iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün maraqları açıq-aydın ifadə edir. Xüsusən Azərbaycanın valyutasının sabitliyi, xarici borcumuzun aşağı səviyyədə olması litvalı biznes dairələri üçün cəlbedici olacaqdır. Eyni zamanda, Azərbaycanda olan sabitlik, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması da özəl sektor üçün əlavə stimuldur.
Hər iki ölkənin yaşıl enerji siyasəti birgə əməkdaşlıq və mübadilə üçün də imkan yaradır. Azərbaycan-Litva münasibətləri kifayət qədər yüksək səviyyədədir. Bu gün Litvanın Mərkəzi və Şərqi Avropada oynadığı vacib rol hamıya bəllidir. Eyni zamanda, Litva Avropa ilə Asiya arasında vacib bir nöqtədə yerləşir və gələcək kommunikasiya, nəqliyyat, logistika və sair layihələrdə özünəməxsus yeri olacaq.
Azərbaycanın Litva ilə sıx iş birliyi var. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyində Litvanın sabiq prezidentləri və rəhbərləri təmsil olunurlar. Bakıda keçirilən 10-cu Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə gələn Litvanın indiki və keçmiş rəhbərləri Azərbaycan-Litva münasibətlərinin gələcəyi ilə bağlı öz müsbət fikirlərini bildiriblər.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1203   Tarix: 24 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr