"Şampan" dövrü bitdi: QHT Agentliyini şantaj edənlər nə istəyir?

"Şampan" dövrü bitdi: QHT Agentliyini şantaj edənlər nə istəyir?Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə qarşı aparılan bir kampaniya var və Agentlik hər dəfə müsabiqənin nəticələrini açıqlayanda şiddətli hücumlarla üzləşir. Hər dəfə "nə baş verir" sualı yaranır, xüsusilə QHT sektorundan fərqli olaraq, bu sektorda olmayanlar – ümumi ictimai rəy bu sualın cavabını axtarır.

Hücumların istinad nöqtəsi olan iddialara nəzər yetirdikdə, elə təsəvvür yaranır ki, agentlik "ədalətsiz" mövqedən çıxış edir, hətta fəaliyyət belə göstərmir. Halbuki, ölkədə həyata keçirilən islahatlar fonunda baş verən dəyişikliyin, yaradılan agentliyin missiyası bu ittihamlar üçün heç bir əsas vermir. Axı bu qurum məhz QHT sektorunda şəffaflığın təmin edilməsi, ədalətin bərpası üçün yaradıldı.

Əslində bütün baş verənlərin açar nöqtəsi də buradadır və agentliyi müxtəlif iddialar üzərindən ittiham yağışına tutanların kimliyinə nəzər yetirdikdə hər şey aydın olur.

Agentlik bu sektoru "qara bazara" çevirənlərin "bazarını" bağladığı üçün hücuma məruz qalır. Məsələnin mahiyyətində məhz bu dayanır. Sirr deyil ki, əvvəlki dövrdə QHT sektorunu şəbəkələşmiş qruplar varıydı və onlar müxtəlif əlaqələrdən və imtiyazlardan istifadə edərək, dövlət büdcəsindən vətəndaş cəmiyyətinin inkişafına ayrılan vəsaitələri bölüşdürməklə məşğul idilər. Klassik mexanizmdir: qrant müsabiqələrində bəlli şəxslərin layihələri "qalib" elan edilir, daha sonra həmin şəxslər onları "qalib" edənlərə ayrılan vəsaitdən "haqq" ödəyir. Əslində QHT sektoruna dövlət dəstəyi ilə bağlı islahatlara başlanması və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılmasının səbəbi də bu sahəni şəffaflaşdırmaq, mövcud qanunsuzluqları aradan qaldırmaq, vətəndaş cəmiyyəti institutunun inkişafı strategiyasını doğru yerinə yetirmək məqsədi daşıyırdı.

Agentlik fəaliyyətə başlamasından qısa müddət ərzində bununla bağlı ciddi nəticələrə nail olub. Hər dəfə qrant müsabiqəsinin nəticələri göstərir ki, proses getdikcə daha da təkmilləşir, şəffaflaşır. "Şapka" mexanizmi sıradan çıxarılır, layihələrin qiymətləndirilməsi və seçimi tanışlıq və ya digər meyarlarla deyil, qoyulan şərtlərə uyğun həyata keçirilir, vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək layihələrə daha çox üstünlük verilir.

Artıq eyni adamlar, eyni təşkilatlar bütün müsabiqələrdə "qalib" olmurlar, təqdim edilən layihələrin cəmiyyət və dövlət üçün əhəmiyyəti əsas meyar kimi qiymətləndirilir. Hər müsabiqədə fərqli təşkilatlar və layihələr qalib olur. Qiymətləndirmə məşhur "şapka" ilə yox, layihənin əhəmiyyəti, cəmiyyətə və dövlətə verəcəyi töhfə əsasında aparılır.

Dövlətin bu sektora dəstəyindən bütün QHT-lər yararlanır.

Bütün bunlar Agentliyin QHT sektorunda şəffaflığın, ədalətin təmin edilməsində ciddi yol qət etdiyini deməyə əsas verir. Elə məhz buna görə indi agentlik qarayaxma kampaniyası ilə üzləşir, hər dəfə müsabiqənin nəticələrini açıqlayanda bəlli qruplar tərəfindən ittiham edilir. Səbəb aydındır, çünki şəffaflığın təmin edilməsi bu şəxslərin "şapka dövrü"ndə əldə etdikləri imtiyazdan məhrum olması ilə nəticələnib.

Maraqlı məqam ondan ibarətdir ki, adətən vəsait almış təşkilatlar ya buna görə minnətdarlığını bildirir, ya da susur. İndi isə ortada olanlar və agentliyi tənqid atəşinə tutanlar əsasən qrant almış təşkilatlardır. Siyahıya baxdıqda, aydın görünür ki, bu təşkilatlar 7-9 min arası vəsait alıblar, ancaq agentliyin ədalətsizliyindən, onun rəhbərliyində təmsil olunmuş şəxslərin öz adamlarına qrant ayırmasından, şəbəkələşmədən və s. yazırlar. Bu adamların özləri fəal şəbəkə üzvləridir, vaxtilə öz qohum-əqrabalarını prosesə cəlb etməklə yaxşı vəsait alıblar və özlərinə güzaran qurublar. Agentlik onların fəaliyyət dairəsini daraltdıqca, dövlətin pulunu kimlərinsə yem yeri olmadığını başa saldıqca, layihədə nəzərdə tutulmuş tədbirlərdən artıq qrantların verilməsinin qarşısını aldıqca, bunlar da əvvəlki imkanlarından məhrum olur və aqressivləşirlər.

Adi bir fakt. Onlardan biri iddia edir ki, əksər QHT-lərə 6-7 min manat ayrıldığı halda, şura üzvünə 20 min manat ayrılıb. Amma demir ki, 20 min manat ayrılan şura üzvü layihəni böyük məbləğləri nəzərdə tutan xüsusi müsabiqədə alıb. 6-7 min yox, 6-13 min manat arası qrantlar isə kiçik məbləğli müsabiqədə verilib. Fərq aydın görünürmü? Bu, manipulyasiya deyilmi?

Göründüyü kimi, imtiyazlardan məhrum olunanlar bulanıq suda balıq tutmaqla məşğuldurlar və bunun üçün Agentliyi şantaj etməkdən də çəkinmirlər. "Şampan dövrü"nün xiffətini çəkənlər Agentliyin şəffaflaşdırma fəaliyyətindən narazıdırlar və görünür, şantaj, qarayaxma yolu ilə əvvəlki dövrü qaytara biləcəklərini düşünürlər.

Onlara iki pis xəbərimiz var: artıq dövr əvvəlki dövr deyil və bütün şantaj, qarayaxma kampaniyası QHT sektorunun şəffaflaşdırılması, vətəndaş cəmiyyətinin inkişafının önünü kəsə bilməyəcək. Digər xəbər də odur ki, bu əməllərin bütün iştirakçıları - icra edənlər də, sifariş verənlər də aydın görünür.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1251   Tarix: 26 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr